5-09-2023, 14:56 544

Soçi görüşü - Ərdoğanın təklifi, Putinin şərti - ŞƏRH

Türkiyə və Rusiya rəsmiləri arasında görüşlər daima dünyanın diqqət mərkəzində olur. Bunun səbəblərindən biri, heç şübhəsiz, rəsmi Ankaranın Rusiya-Ukrayna qarşıdurmasında tutduğu ortaq mövqedir.

Bir neçə ay əvvəl Prezident Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin Türkiyədə görüşəcəyinə dair xəbərlər yayılmışdı. Belə bir görüşün keçiriləcəyini Rusiyadakı mənbələr də təsdiqləyirdi. Ancaq avqustun sonunda görüşün Soçidə keçiriləcəyi barədə məlumat yayıldı.

Düzdür, əsas məsələ görüşün baş tutmasıdır. Ancaq Rusiya Prezidenti uzaq xarici ölkələrə çoxdandır səfər etmir. Bu baxımdan görüş yeri də vacib amillərdən sayılır. Vladimir Putinin Roma statutunu qəbul edən ölkələrə səfər etməməsi başadüşüləndir. Çünki bu halda onun həbs edilməsi ehtimalı var. Məsələn, o, BRİKS-in Cənubi Afrika Respublikasında keçirilən toplantısına videoformatda qatıldı. Rusiya Prezidenti “Böyük 20”liyin (G20) sentyabrın 9-10-da Hindistanda keçiriləcək zirvə toplantısında da əyani iştirak etməyəcək. Ümumiyyətlə, Ukraynada müharibə başlayandan Rusiya dövlət başçısı bir sıra toplantı və görüşləri onlayn formatda keçirir. Vladimir Putinin davranışını təhlükəsizlik məsələləri ilə əlaqələndirirlər və s.

Ötən gün iki prezidentin görüşündə diqqət mərkəzində olan başlıca məsələlərdən biri də “Taxıl sazişi”nin bərpası idi. Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna və Rusiya taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Daha əvvəl bir neçə dəfə uzadılan müqavilənin müddəti iyulun 17-də başa çatsa da, Rusiya rəsmiləri sazişin uzadılmasını təsdiqləməyiblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə ikitərəfli görüşdən sonra deyib: "Biz “Taxıl sazişi”nin bərpası üçün yeni təkliflər paketi hazırlamışıq, müsbət nəticə əldə edəcəyimizə ümid edirik". Öz növbəsində, Rusiya Prezidenti Vladimir Putin bildirib ki, bir neçə həftədən sonra ölkəsi Afrikanın 6 dövlətinə güzəştli qiymətə Qətərin maliyyəsi hesabına taxıl tədarük etməyə başlayacaq. Qeyd edək ki, Vladimir Putin bu il iyulun 25-də Sankt-Peterburqda keçirilən Rusiya-Afrika forumunda Burkina-Faso, Zimbabve, Mali, Somali, Mərkəzi Afrika Respublikası və Eritreyaya 25-30 min ton taxıl tədarük edəcəklərini bildirmişdi. Vladimir Putin Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında “Taxıl sazişi”nin uzadılması ilə bağlı şərtlərdən danışaraq deyib ki, Rusiya kənd təsərrüfatı məhsullarının ixracına qoyulan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra “sazişi”in bərpası haqqında düşünməyə hazırdır: “Əgər bu olarsa, biz sazişi bərpa edərik. Bunu həmkarıma açıq dedim”. Ona görə də Ərdoğanla Putin arasında “Taxıl sazişi”nin uzadılması istiqamətində aparılan müzakirəni uğurlu saymaq olmaz.

Əslində, Rusiya “saziş”dən Ukraynaya və qərb dövlətlərinə təzyiq aləti kimi istifadə edir. Bundan başqa, ABŞ başda olmaqla Ukrayna taxılına ehtiyacı olan ölkələri müttəfiqlərinə qarşı çıxış etməyə hazırlayır. Ehtimal etmək olar ki, Afrikanın Niger və Qabon kimi ölkələrindəki hərbi çevrilişlər, Malidə etiraz aksiyalarının genişlənməsinin də Rusiya ilə bu və ya başqa formada əlaqəsi var. Belə qənaətə gəlmək olar ki, “Taxıl sazişi”ni uzatmamaqla fürsətdən istifadə edən Rusiya öz üstünlüyünü də nümayiş etdirir. Bu baxımdan Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin bu məsələdə anlaşmayacağı da gözlənilən idi.

Görüşə xarici reaksiya da var. Almaniyanın xarici işlər naziri Annalena Berbok Rusiya Prezidentini “Taxıl sazişi”nə mane olduğuna və Ukraynanın cənubundakı liman infrastrukturuna hücumlara görə tənqid edib: “Rusiya qlobal aclığı gücləndirir”. Türkiyə lideri də “Savaşın qazananı, barışın itirəni” olmaz” deməklə Putinlə müzakirə olunan Rusiya-Ukrayna müharibəsinə münasibətini diplomatik şəkildə dilə gətirib. Bu o deməkdir ki, məlum müharibədən nə Rusiya, nə də Ukrayna qazanmayacaq.

Dövlət başçıları “Taxıl sazişi” ilə bağlı ciddi anlaşma əldə etməsələr də, ikitərəfli ticarət əlaqələrinin genişləndiyinə dair açıqlamalar veriblər. Liderlər iki ölkə arasında ticarət dövriyyəsinin həcmini 100 milyard dollara hədəflədiklərini, hazırda isə bu rəqəmin 62 milyard dollar təşkil etdiyini vurğulayıblar. R.T.Ərdoğan qeyd edib ki, bu ilin 7 ayı ərzində Rusiyadan Türkiyəyə 3,5 milyon turist səfər edib.

Görüşdə Akkuyu atom elektrik stansiyasının tikintisi istiqamətində işlərin davam etdiyi, Sinop stansiyası ilə bağlı məsələnin müzakirə olunduğu bildirilib. Yaxın zamanda Rusiyadan təbii qaz ixracına və tərəflər arasında başqa sahələrə dair yeni addımların atılacağı gözlənilir.

Liderlər regional və qlobal məsələləri, o cümlədən Suriya, Qafqaz, Liviya və Afrikadakı vəziyyəti də müzakirə ediblər. Rəsmi Ankara ilə Moskvanın bu məsələlərə münasibətində fərqli məqamlar az deyil. Ehtimal etmək olar ki, onlar Azərbaycan-Ermənistan normallaşma prosesini, Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşən Rusiya sülhməramlılarının fəaliyyətini, ermənilərin son zamanlar sərhədyanı bölgədə törətdikləri təxribatı, habelə Laçın yolu ətrafındakı vəziyyəti də müzakirə ediblər. Liviyada da Türkiyə ilə Rusiyanın fərqli yanaşması mövcuddur. Belə ehtimal etmək olar ki, prezidentlər Niger və Qabondakı hərbi çevrilişlər fonunda Afrikaya münasibətin perspektivinə də toxunublar.

Bu, Türkiyə liderinin Rusiyaya işgüzar səfəri idi. Görüş ümumlikdə üç saat sürüb. Bu da sammitin keyfiyyətinin göstəricisi sayıla bilər. Ona görə də Ərdoğan-Putin görüşünü statistika üçün əhəmiyyətli saymaq daha doğru olardı. Çünki nəzərdə tutulan və gözlənilən başlıca mövzuda razılıq əldə edilməyib. Bu istiqamətdə açıqlanan məsələ isə ictimaiyyətə əvvəldən də məlum idi. Soçi görüşü Rusiya Prezidenti üçün daha vacib sayıla bilər. O, bununla özünü və mövqeyini nümayiş etdirmək üçün fürsət əldə etmiş oldu. Liderlərin növbəti görüşü Nyu-Yorkda BMT Baş Assambleyasının sentyabrın 19-25-də keçiriləcək sessiyası çərçivəsində reallaşa bilər. Əlbəttə, bunun üçün Vladimir Putin Rusiyanı tərk etməlidir...

Paylaş

Xəbər lenti

AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48 Bakıda 23 məktəbə yeni direktor təyin edilib Bu gün, 13:48 Beyləqanın Təzəkənd yaşayış yerində qədim tikili qalıqları aşkarlanıb Bu gün, 13:48 400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfərə cinayət işi başlanıb Bu gün, 13:48 Bakıda qadın hamamda dəm qazından boğularaq ölüb Bu gün, 13:48 PAŞA Bank KOB-lar üçün yeni "Çevik Kredit" məhsulunu təqdim edir Bu gün, 13:48 Qvardiola İtaliya millisindən aldığı təkliflə bağlı ilk dəfə danışdı Bu gün, 13:48 Altsheymer xəstəliyinin inkişafını ləngidən yeni preparat hazırlanıb Bu gün, 13:48 13 yaşında satışa başladı, 16 yaşında az qala müflis oldu – milyarder uğur sirrini açıqladı Bu gün, 13:48 Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb Bu gün, 12:48 Bir turist Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ açıqlandı Bu gün, 12:48 Azərbaycan və Litva XİN başçıları arasında görüş başlayıb Bu gün, 12:48 Qubada kişi sevgilisinin adına kredit götürdü, qadınlar dalaşdılar - Təfərrüat Bu gün, 12:48 Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq Bu gün, 12:48 Özbəkistan parlamentinin sədri Zəfər parkını ziyarət edib Bu gün, 12:48 Mərhum nazirin gəlini ilk dəfə qayınanası ilə görüntülərini paylaşdı Bu gün, 12:48 Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib Bu gün, 12:48 Bakıda şagirdlər arasında insident - DİN-dən açıqlama Bu gün, 12:48 2026-cı ilin ən gözəl qızı seçildi Bu gün, 12:48 Təhsildən praktikaya, icradan auditə Bu gün, 12:48 Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib Bu gün, 11:48 İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib Bu gün, 11:48 "Azərsun Holdinq"in istehsalat müəssisələrində birgə infotur keçirilib Bu gün, 11:48 Rəhman Daşdəmirov: "Barselona"ya qarşı oynamaq hər futbolçunun arzusudur" Bu gün, 11:48 Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə birgə 15 nəfər ittiham edilir Bu gün, 11:48 Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın Bu gün, 11:48 "Qarabağ"da gözlənilməz ayrılıq baş verə bilər Bu gün, 11:48 Özbəkistan parlamentinin sədri Azərbaycana gəlib, "Yol xəritəsi" imzalanacaq Bu gün, 11:48 Gəncədə güclü külək ağacı aşırıb, evə və iki avtomobilə ziyan dəyib Bu gün, 10:48 Bu şəxslərə güzəştlər tətbiq olunacaq - Gələn il yanvarın 1-dən... Bu gün, 10:48 Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub Bu gün, 10:48 Bu gün 7 kənddə işıq kəsiləcək Bu gün, 10:48 Kəmaləddin Heydərovun Ağdamdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib Bu gün, 10:48 Bu rüsum 4 dəfəyə qədər azaldılır Bu gün, 10:48 Analiz vermək adı ilə xəstəxanada keçmiş həyat yoldaşını öldürən şəxsin işi Ali Məhkəmədə Bu gün, 10:48 Bəzi rayonlara qar yağır, külək güclənir - Faktiki hava Bu gün, 10:48 Ombudsman qadınlara qarşı zorakılığa son qoymağa çağırıb Bu gün, 10:48 Öz evini məktəbə çevirən, həyatının sevgisi ilə Milad Bayramında tanış olan Xalq artisti Fidan Hacıyeva ilə MÜSAHİBƏ Bu gün, 10:48 Bu avtomobillərin satış xərcləri azala bilər - YENİ AÇIQLAMA Bu gün, 10:48 Qubada içərisində ailə üzvlərinin olduğu BMW hasara çırpıldı Bu gün, 09:48 İraq 17 ildə neft qaçaqmalçılığına görə 303 milyard dollar itirib Bu gün, 09:48 ABŞ-də 1 milyon dollar qazanan miqrant lotereya fotosuna görə saxlanıldı Bu gün, 09:48 UEFA Çempionlar Liqası: "Fənərbağça" "Şaxtyor"la qarşılaşacaq Bu gün, 09:48 AZAL "Sərfəli Cümə" kampaniyası elan edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 96 dolları keçib Bu gün, 09:48 Tərtərdə quyuya düşərək ölən şəxs Qarabağ qazisi olub Bu gün, 09:48 Türkiyədə tanınmış simalar SAXLANILDI Bu gün, 08:48 Şirvanda gəncin əlində patron partladı: Ağır xəsarətlər alıb Bu gün, 08:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR