
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin adı dəyişdirilib.
"Report" xəbər verir ki, Prezident İlham Əliyev "Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı"nda dəyişiklik edilməsi ilə bağlı Fərman imzalayıb.
Fərmanla təhsil müəssisəsi bundan sonra Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi adlanacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.