
Çin ordusu iyulun 30-u şənbə günü yerli vaxtla səhər saat 8:00-dan axşam saat 21:00-a kimi Tayvan boğazında həqiqi döyüş sursatının istifadə ediləcəyi hərbi təlim keçirəcəyini açıqlayıb.
Avesta.az bu barədə "Wionews"a istinadən xəbər
verir.
Açıqlamasında Çin ordusu bölgəyə girişi qəti şəkildə qadağan edib.
Məlumatlı mənbələr bu hərbi təlimi Çinin ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri ilə bağlı açıqlamasına reaksiya kimi qiymətləndirib.
Qeyd edilir ki, Pelosinin yaxın gələcəkdə Asiya turunda Yaponiya, Cənubi Koreya, Malayziya və Sinqapura səfəri planlaşdırılır, həmçinin bu səfərlər arasında Çinin xəbərdarlıqına baxmayaraq, Tayvan görüşü də planlaşdırılır.