
Şənbə günü Ermənistanın paytaxtı İrəvanda sakinlər arasında təşviş yaradan şəxslər saxlanılıb.
Bu barədə "AVESTA.AZ" yerli mətbuata istinadən xəbər verir.
Qeyd edilir ki, saat 22:00-da atəşfəşanlığın təşkilatçısı və icraçısı müəyyən olunub. Onlar polis əməkdaşları tərəfindən inzibati həbs olunublar.
Atəşfəşanlıq şəhərin hər yerində eşidilib və sakinlərin geniş narahatlığına səbəb olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.