14-09-2023, 15:54 687

“NEQSOL Holding” strateji rəhbərlikdə təyinatları elan edir

“NEQSOL Holding” Vüqar Səmədlinin Enerji Biznesinin rəhbəri, Kadri Özenin Kommunikasiyalar və Dayanıqlılıq üzrə Baş direktoru, Teymur Tağıyevin isə Aparat rəhbəri təyin edildiyi bəyan edir. Onlar “NEQSOL Holding”in Baş direktoru Yusif Cabbarovun rəhbərlik etdiyi idarəetmə komandasına qoşulublar.

Vüqar Səmədli enerji sektorunda 20 illik liderlik təcrübəsinə malikdir. “NEQSOL Holding”in Enerji Biznesinin rəhbəri kimi o, holdinq və onun enerji qrupları, “Nobel Energy” və “Nobel Upstream”, həmçinin yeni enerji investisiyaları arasında koordinasiyaya nəzarət edəcək. Bununla yanaşı, V.Səmədli “Nobel Energy” şirkətinin Baş icraçı direktoru vəzifəsində də fəaliyyətinə davam edəcək.

Kadri Özen “NEQSOL Holding”ə qoşulmazdan öncə Niderlandda “Unilever”in çay biznesinin Kommunikasiyalar üzrə Baş direktoru vəzifəsində çalışıb. “NEQSOL Holding”in Kommunikasiyalar və Dayanıqlılıq üzrə Baş direktoru kimi K.Özen qrupun qlobal mövqeləndirməsini və nüfuzunu dəstəkləmək üçün korporativ kommunikasiyalara, dayanıqlılıq strategiyalarına və xarici maraqlı tərəflərlə əlaqələrə rəhbərlik edəcək.

Teymur Tağıyev “NEQSOL Holding”in Baş direktor ofisinə rəhbərlik edəcək. O, transformasiya və rəqəmsallaşma təşəbbüslərini koordinasiya etməklə yanaşı, korporativ dözümlülüyün idarə edilməsinə nəzarət edəcək. T. Tağıyev, həmçinin holdinqdə Layihələrin İdarəedilməsi funksiyasına rəhbərlik etməyə davam edəcək.

“Bu təyinatlar bizim strateji mükəmməlliyə və innovasiyaya sadiqliyimizi əks etdirir. Vüqar Səmədlinin təsdiqlənmiş liderliyi və təcrübəsi, Kadri Özenin qlobal kommunikasiya və dayanıqlılıq sahəsində geniş təcrübəsi, Teymur Tağıyevin əməliyyat səmərəliliyi, transformasiya və dayanıqlığın idarə olunmasında çoxşaxəli təcrübəsi bizim davamlı və dayanıqlı inkişafımız üçün təməlimizi gücləndirəcək”, - “NEQSOL Holding”in Baş direktoru Yusif Cabbarov bildirib.

“NEQSOL Holding”in rəhbər təyinatları haqqında əlavə məlumat:

“NEQSOL Holding”in Enerji Biznesinin rəhbəri Vüqar Səmədli enerji sektorunda 20 illik liderlik təcrübəsinə malikdir. V. Səmədli peşəkar karyerasına 2003-cü ildə BP-də başlayıb. O, 2013-cü ildə “Nobel Energy”yə qoşulub və 2017-ci ildə şirkətin Baş icraçı direktoru təyin olunub.

V. Səmədli yeni vəzifəsində holdinq və onun enerji qrupları, “Nobel Energy” və “Nobel Upstream”, eləcə də yeni enerji investisiyaları arasında koordinasiyanı gücləndirəcək. V. Səmədli “Nobel Energy” şirkətinin Baş icraçı direktoru vəzifəsində də fəaliyyətinə davam edəcək.

V. Səmədli mexanika mühəndisliyi ixtisası üzrə Orta Doğu Teknik Universitetində (ODTÜ) bakalavr, ABŞ-nin Florida Universitetində magistr təhsili alıb və həmçinin Böyük Britaniyada MBA proqramını bitirib. V.Səmədli 2019-cu ildə ölkənin neft və qaz sənayesinə verdiyi töhfələrə görə Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.

Kommunikasiyalar və Dayanıqlılıq üzrə Baş Direktor Kadri Özen ictimaiyyətlə əlaqələr, kommunikasiyalar və dayanıqlılıq strategiyaları sahələrində geniş beynəlxalq liderlik təcrübəsinə malikdir. O, “NEQSOL Holding”ə qoşulmazdan əvvəl Niderlandda, qlobal miqyasda ən böyük çay biznesi olan və bu yaxınlarda “Unilever” tərəfindən “CVC Capital Partners”ə satılan “LIPTON Tea and Infusions” şirkətinin Kommunikasiyalar üzrə Baş direktoru vəzifəsində çalışıb.

K.Özen Türkiyə, ABŞ, Böyük Britaniya, Almaniya, BƏƏ və Niderlandda Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP), “Coca-Cola”, “Merck Pharmaceuticals” və “Unilever” şirkətlərində yüksək rəhbər vəzifələrdə çalışıb. K.Özen karyerasının ilk illərində TRT, CNN “World Report”, “BBC World Service” və SHOW TV-də beynəlxalq xəbər müxbiri və aparıcı kimi çalışıb.

Kadri Özen tibb üzrə təhsil alıb, eyni zamanda ABŞ-nin “Emory” Universitetində MBA dərəcəsini bitirib.

“NEQSOL Holding”in Aparat rəhbəri Teymur Tağıyev strategiyanın hazırlanması və həyata keçirilməsi, biznesin inkişafı, layihələrin və risklərin idarə edilməsi, komplayens və korporativ məsələlər üzrə 20 ildən çox təcrübəyə malikdir. T. Tağıyev Baş direktorun ofisinə rəhbərlik etməklə, transformasiya və rəqəmsallaşma təşəbbüslərini koordinasiya edəcək, korporativ dözümlülüyün idarə edilməsinə nəzarəti həyata keçirəcək.

Teymur Tağıyev ofisinə rəhbərlik etməyə də davam edəcək. T.Tağıyev "NEQSOL Holding"də 2018-ci ildən çalışır, buna qədər isə bir sıra böyük korporasiyalarda strategiya və layihələrin idarəedilməsi departamentlərinə rəhbərlik edib. O, beynəlxalq hüquq dərəcəsini Bakı Dövlət Universitetində, MBA dərəcəsini isə “London City” Universitetinin Cass Biznes Məktəbində alıb.

“NEQSOL Holding” enerji, telekommunikasiya, yüksək texnologiya və tikinti sənayeləri üzrə əməliyyatlarda 12 000-dən çox əməkdaşı olan və 10-dan çox ölkədə fəaliyyət göstərən çoxşaxəli beynəlxalq şirkətlər qrupudur. Holdinqin Niderlandda Amsterdam, Azərbaycanda Bakı, Ukraynada Kiyev şəhərlərində 3 ofisi fəaliyyət göstərir.

Paylaş

Xəbər lenti

AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48 Bakıda 23 məktəbə yeni direktor təyin edilib Bu gün, 13:48 Beyləqanın Təzəkənd yaşayış yerində qədim tikili qalıqları aşkarlanıb Bu gün, 13:48 400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfərə cinayət işi başlanıb Bu gün, 13:48 Bakıda qadın hamamda dəm qazından boğularaq ölüb Bu gün, 13:48 PAŞA Bank KOB-lar üçün yeni "Çevik Kredit" məhsulunu təqdim edir Bu gün, 13:48 Qvardiola İtaliya millisindən aldığı təkliflə bağlı ilk dəfə danışdı Bu gün, 13:48 Altsheymer xəstəliyinin inkişafını ləngidən yeni preparat hazırlanıb Bu gün, 13:48 13 yaşında satışa başladı, 16 yaşında az qala müflis oldu – milyarder uğur sirrini açıqladı Bu gün, 13:48 Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb Bu gün, 12:48 Bir turist Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ açıqlandı Bu gün, 12:48 Azərbaycan və Litva XİN başçıları arasında görüş başlayıb Bu gün, 12:48 Qubada kişi sevgilisinin adına kredit götürdü, qadınlar dalaşdılar - Təfərrüat Bu gün, 12:48 Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq Bu gün, 12:48 Özbəkistan parlamentinin sədri Zəfər parkını ziyarət edib Bu gün, 12:48 Mərhum nazirin gəlini ilk dəfə qayınanası ilə görüntülərini paylaşdı Bu gün, 12:48 Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib Bu gün, 12:48 Bakıda şagirdlər arasında insident - DİN-dən açıqlama Bu gün, 12:48 2026-cı ilin ən gözəl qızı seçildi Bu gün, 12:48 Təhsildən praktikaya, icradan auditə Bu gün, 12:48 Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib Bu gün, 11:48 İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib Bu gün, 11:48 "Azərsun Holdinq"in istehsalat müəssisələrində birgə infotur keçirilib Bu gün, 11:48 Rəhman Daşdəmirov: "Barselona"ya qarşı oynamaq hər futbolçunun arzusudur" Bu gün, 11:48 Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə birgə 15 nəfər ittiham edilir Bu gün, 11:48 Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın Bu gün, 11:48 "Qarabağ"da gözlənilməz ayrılıq baş verə bilər Bu gün, 11:48 Özbəkistan parlamentinin sədri Azərbaycana gəlib, "Yol xəritəsi" imzalanacaq Bu gün, 11:48 Gəncədə güclü külək ağacı aşırıb, evə və iki avtomobilə ziyan dəyib Bu gün, 10:48 Bu şəxslərə güzəştlər tətbiq olunacaq - Gələn il yanvarın 1-dən... Bu gün, 10:48 Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub Bu gün, 10:48 Bu gün 7 kənddə işıq kəsiləcək Bu gün, 10:48 Kəmaləddin Heydərovun Ağdamdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib Bu gün, 10:48 Bu rüsum 4 dəfəyə qədər azaldılır Bu gün, 10:48 Analiz vermək adı ilə xəstəxanada keçmiş həyat yoldaşını öldürən şəxsin işi Ali Məhkəmədə Bu gün, 10:48 Bəzi rayonlara qar yağır, külək güclənir - Faktiki hava Bu gün, 10:48 Ombudsman qadınlara qarşı zorakılığa son qoymağa çağırıb Bu gün, 10:48 Öz evini məktəbə çevirən, həyatının sevgisi ilə Milad Bayramında tanış olan Xalq artisti Fidan Hacıyeva ilə MÜSAHİBƏ Bu gün, 10:48 Bu avtomobillərin satış xərcləri azala bilər - YENİ AÇIQLAMA Bu gün, 10:48 Qubada içərisində ailə üzvlərinin olduğu BMW hasara çırpıldı Bu gün, 09:48 İraq 17 ildə neft qaçaqmalçılığına görə 303 milyard dollar itirib Bu gün, 09:48 ABŞ-də 1 milyon dollar qazanan miqrant lotereya fotosuna görə saxlanıldı Bu gün, 09:48 UEFA Çempionlar Liqası: "Fənərbağça" "Şaxtyor"la qarşılaşacaq Bu gün, 09:48 AZAL "Sərfəli Cümə" kampaniyası elan edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 96 dolları keçib Bu gün, 09:48 Tərtərdə quyuya düşərək ölən şəxs Qarabağ qazisi olub Bu gün, 09:48 Türkiyədə tanınmış simalar SAXLANILDI Bu gün, 08:48 Şirvanda gəncin əlində patron partladı: Ağır xəsarətlər alıb Bu gün, 08:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR