17-09-2023, 21:22 813

XV Beynəlxalq Musiqi Festivalının açılış mərasimi “Məhəbbət əfsanəsi” baleti ilə olacaq

Görkəmli bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin Heydər Əliyev Sarayında təqdimatına 1 gün qalıb.

“Report” xəbər verir ki, 18 sentyabr - Milli Musiqi Günündə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalının açılış mərasimi “Məhəbbət əfsanəsi” baleti ilə olacaq.

Heydər Əliyev Sarayının səhnəsində oynanılacaq baletə uzun müddətdir hazırlıq gedir və artıq bir aydan çoxdur Bakıda tamaşaya məşqlər keçirilirdi.

Uzun illərdən sonra bəstəkarın öz vətənində səhnələşdirilən “Məhəbbət əfsanəsi”ndə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının və Azərbaycan Dövlət Rəqs Ansamblının artistləri ilə yanaşı, xarici teatrlardan dəvət olunan solistlər də rol alıb.

Sentyabrın 18-də səhnədə şahzadə Mehmene Banunu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı, Prezident mükafatçısı Ayan Eyvazova, Fərhadı Rusiyanın məşhur “Bolşoy” Teatrının premyeri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Denis Rodkin, Şirini isə “Bolşoy” Teatrının aparıcı solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Mariya Vinoqradova ifa edəcəklər.

Tarixi təqdimat üçün Heydər Əliyev Fondu tərəfindən rəssam Simon Virsaladzenin orijinal eskizləri əsasında 200-dən çox kostyum, həmçinin dekorasiya və rekvizitlər hazırlanıb.

Arif Məlikov “Məhəbbət əfsanəsi” baletini tanınmış türk şairi Nazim Hikmətin “Fərhad və Şirin” dramı əsasında yazdığı librettoya bəstələyib. Baletin premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) keçirilib. Tamaşanın quruluşçu baletmeysteri Yuri Qriqoroviç, rəssamı Simon Virsaladze, dirijoru isə maestro Niyazi olub. 1962-ci ilin iyulunda isə əsərin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində premyerası keçirilib.

Sentyabrın 18-də və 19-dakı təqdimatın baletmeyster-rejissorları Yuri Qriqoroviçin köməkçisi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş baletmeysteri Ruslan Pronin və Qriqoroviçin digər köməkçisi Oksana Tsvetnitskayadır.

Arif Məlikovun əsrarəngiz musiqisini Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğunda Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ifa edəcək.

Paylaş

Xəbər lenti

UEFA Avropa Liqası: "Qarabağ" II təsnifat mərhələsinə yüksəlib Bu gün, 02:48 Quzu əti niyə fərqli qiymətlərə satılır Bu gün, 00:48 İspaniya baş nazirinin həyat yoldaşı barəsindəki məhkəmə qərarı dəyişdi Dünən, 23:49 Rəşad Sadıqov: "Torpedo" ilə qarşılaşmaq istəmirdik" Dünən, 23:49 Ana və qızı eyni anda məzun oldular: "Ailə qurmuşdum deyə təhsilim yarımçıq qalmışdı" Dünən, 23:48 İsmayıllının dilbər guşəsi: Dağların qoynunda unudulan məkan Dünən, 23:48 Ağ Ev: Tehran Vaşinqtonla razılaşma əldə etməkdə maraqlıdır Dünən, 23:48 Xankəndidə güclü yanğın başladı Dünən, 22:48 UEFA Konfrans Liqası: "Zirə" səfərdə "Torpedo Kutaisi"ni darmadağın etdi Dünən, 22:48 Bilgəh çimərliyində faciə: Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı Dünən, 22:48 ABŞ Meksika narkokartellərini terror təşkilatları siyahısına daxil edib Dünən, 22:48 Müşfiq Ötgün: "Din əxlaq, mənəviyyat deməkdir, indi bu unudulub" Dünən, 22:48 MTK nümayəndəsinin "problem yoxdur" cavabına sakinlərdən SƏRT REAKSİYA Dünən, 22:48 Zelenski Hakan Fidanı ordenlə təltif edib Dünən, 22:48 Zelenski Ukraynanın müdafiə naziri postuna Yevgeni Xmaranın namizədliyini irəli sürəcək Dünən, 21:48 Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının NƏŞİ TAPILDI Dünən, 21:48 Elvin Məmmədxanova yüksək VƏZİFƏ VERİLDİ Dünən, 21:48 Dubayın mərkəzində güclü partlayış səsləri eşidilib Dünən, 21:48 Ermənistanda Qaqik Sarukyanın şirkəti dövlətin idarəçiliyinə keçib Dünən, 21:48 UEFA Konfrans Liqası: "Zirə" səfərdə "Torpedo Kutaisi"ni darmadağın edir Dünən, 21:48 İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb Dünən, 21:48 Qusarda milli mətbuatın 151 illiyinə həsr olunmuş konfransın birinci günü başa çatıb Dünən, 21:48 "Forbes"un siyahısı açıqlandı: "Haber Global" "Türkiyənin Ən Yaxşı İşəgötürənləri 2026" sırasında Dünən, 20:48 ABŞ tələbə və jurnalistlər üçün viza rejiminə dəyişikliklər edəcək Dünən, 20:48 Şəfəq Mehrəliyeva: "Süni zəkanın inkişafı bizə onu göstərəcək ki, bu sosial məsələdən daha çox mənəviyyat məsələsidir" Dünən, 20:48 SEPAH-dan şok bəyanat: Trampın Yaxın Şərqdəki obyektləri hədəfə alındı Dünən, 20:48 Azərbaycanda məscidlərdə kitabxanalar yaradılacaq Dünən, 20:48 UEFA Konfrans Liqası: "Zirə" rəqib meydanında ikinci qolu vurdu Dünən, 20:48 Bakıda itkin düşmüş şəxslərin axtarışı ilə bağlı tədbirlərin gücləndirilməsi tapşırığı verilib Dünən, 19:48 Dağbəyi İsmayılov: "Harada boşluq yaranırsa, onu ya savadsızlıq, ya da xarici radikal çağırışlar doldurur" Dünən, 19:48 Gündüz İsmayılov: "Hər bir jurnalist paylaşdığı məlumat və səsləndirdiyi fikrə görə məsuliyyət daşıyır" Dünən, 19:48 Jurnalistlər üçün "Təhsildə rəqəmsallaşma" mövzusunda ilk təlim keçirilib Dünən, 19:48 Haber Global "Türkiyənin Ən Yaxşı İşəgötürənləri 2026" siyahısında yer alıb Dünən, 19:48 Qubada stadion satılıb? - Sakinləri hiddətləndirən iddia Dünən, 19:48 Anar Qafarov: "Qlobal problemləri evinizə gətirən o balaca ekranların arxasında böyük müharibələr gedir" Dünən, 18:48 Bakı Şəhər Prokurorluğunda əməliyyat müşavirəsi keçirilib Dünən, 18:48 Süni intellektlə düzəltdikləri fotolarla qadınları şantaj edən şəxslər saxlanılıb Dünən, 18:48 Bakıda cinayət işləri üzrə vurulmuş ziyanın 73,2 %-i ödənilib Dünən, 18:48 Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib Dünən, 18:48 Tərtərdə ağır qəza: Sıxılı vəziyyətdə qalan iki nəfərin meyiti çıxarıldı Dünən, 18:48 Dünyanın ən güclü ordularının reytinqi açıqlandı – Türkiyə ilk onluqdadır Dünən, 17:48 Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşüb Dünən, 17:48 Rusiyada Azərbaycana qarşı qarayaxma: Bakının xoş niyyətini anlamayan şovinistlər - ŞƏRH Dünən, 17:48 Ramin Cəfərov: "Baku TV" son üç ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tədbirlərində fəal iştirak edir" Dünən, 17:48 Qusarda dini mövzuların mediada təqdimatına həsr olunmuş konfrans keçirilir Dünən, 16:48 Şəmkirdə 13 yaşlı yeniyetmə ÖLDÜ Dünən, 16:48 Gündüz İsmayılov: "Əsas məqsədimiz dini məsələlərin rəqəmsal mediada, mətbuatda müzakirəsinin aparılmasıdır" Dünən, 16:48 SEVİNDİRİCİ XƏBƏR - Bu kəndlərdə yeni su şəbəkələrinin qurulması planlaşdırılır Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR