İraqın Süleymaniyyə şəhərində hava limanına edilən hücumda 6 nəfər həlak olub.
“AVESTA.AZ” TASS-a istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Zərbə vilayətin inzibati mərkəzi - Süleymaniyyə şəhərinin cənub-şərqindəki Arbat hərbi aerodromuna endirilib.
Hücum PUA vasitəsilə həyata keçirilib. Hadisə yerinə 10 təcili tibbi yardım maşını göndərilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.