19-09-2023, 15:44 31

Ermənistanın mina terroru ilə bağlı BMT-yə müraciət ünvanlanıb

Mina qurbanları, onların ailə üzvləri və Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri Birləşmiş Millətlər Təşkilatına (BMT) birgə müraciət ünvanlayıb.

“AVESTA.AZ” xəbər verir ki, müraciətdə deyilir:

"Biz Ermənistanın və onun hərbi birləşmələrinin Azərbaycan Respublikası ərazisində hələ də mövcudluğunu saxlayan tör-töküntülərinin, oyuncaq hərbi xunta rejiminin mina terrorundan əziyyət çəkən qurbanlar, onların ailə üzvləri, yaxınları, bu sahədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları olaraq, BMT-nin Baş katibi cənab Antoniu Quterreşə, BMT Baş Assambleyasının prezidenti cənab Denis Frensis, BMT-nin Insan Hüquqlan Şurasının prezidenti cənab Vatslav Baleka, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı cənab Volker Türkə müraciət edirik ki, 1991-ci ildən başlayaraq ötən dövrdə Ermənistan tərəfindən Azərbaycan ərazisində 1 milyondan çox mina basdırılıb. Bu minaların sayı vaxtilə münaqişənin olduğu ərazidən məcburi köçkün düşən insanların sayını da üstələyir.

İşğaldan azad edilmiş ərazilərdə təmizləmə işləri nəticəsində bu günə kimi 95 minə yaxın mina və digər partlayıcı qurğular aşkar edilərək zərərsizləşdirilib. Bu, 100 mindən çox insanın ölümdən xilası deməkdir. Azərbaycan dövləti gecə-gündüz Ermənistanın basdırdığı minaları təmizləyir. Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş, ən çox mina qurbanı olan ölkələr siyahısındadır. Bu günə kimi Ermənistanın Azərbaycan xalqına qarşı mina müharibəsi nəticəsində 3393 nəfər azərbaycanlı mina hadisəsinin qurbanı olub. Onların 357 nəfəri uşaq, 38 nəfəri qadındır.

10 noyabr 2020-ci il bəyanatından ötən 3 ilə yaxın müddətdə Ermənistan mina terrorunu bir gün da olsun dayandırmayıb. Əvvəlcə Ermənistan hakimiyyəti "mina xəritələri"nin olmasını dandı, daha sonra Azərbaycanın tələbi qarşısında guya bəzi "mina xəritələri"ni təqdim etdi, ancaq məlum oldu ki, onlar yalançı, saxta xəritələrdir, reallığı əks etdirmir.

10 noyabr 2020-ci ildən 19 sentyabr 2023-cü ilədək Qarabağ və Şərqi Zəngəzur ərazisində 314 azərbaycanlı mina partlayışının qurbanı olub. Onlardan 61 nəfəri həlak olub, 253 nəfəri xəsarət alıb. Mina qurbanlarının 149 nəfəri mülki şəxs, 165 nəfəri hərbi qulluqçulardır.

Hələ də Ermənistanın göstərişi ilə Qarabağdakı hərbi xunta rejimi, onun diversiya qrupları Azərbaycan ərazilərinə minalar basdırır. Son sutka ərzində artıq 6 nəfər bu mina terrorunun qurbanı olub.

Bu, dəhşətdir ki, XXI əsrdə Azərbaycan xalqı öz doğma torpağında mina qurbanları verir.

Biz Sizdən soruşuruq, cənab Antoniu Quterreş, cənab Denis Frensis, cənab Vatslav Balek, cənab Volker Türk, nəyə görədir bu qurbanlar? Niyə BMT Ermənistanın bu terror fəaliyyətini dayandırmaq üçün hərəkətə keçmir? Azərbaycan ərazisində nə vaxta qədər oyuncaq hərbi xunta rejimi, "boz zonalar" mövcud olacaq? Bu rejim ləğv olunmalı, tərk-silah edilməlidir.

Beynəlxalq qurumlar tez-tez ermənilər üçün Laçın yolundakı keçidin təmin edilməsinin vacibliyi barədə danışırlar. Niyə danışmırlar ki, 2020-ci ildən sonra həmin yoldan Azərbaycan ərazilərini minalamaq üçün nə qədər yeni istehsal edilmiş minalar keçirilib? 2021-ci il istehsalı olan minalar Azərbaycan ərazilərinə necə keçib? Bunlar niyə sual edilmir. Yalnız 2023-cü ilin aprelində Laçın postunun qurulması ilə bu halların qarşısı alındı.

Hamımız yaxşı bilirik ki, bu minalar nə üçündür. Köçkünlərin qayıdışını əngəlləmək, onları qorxutmaq, Qarabağda və Şərqi Zəngəzurda başladılan böyük quruculuq işlərinə hər vəchlə mane olmaq üçündür.

Hər bir mina qurbanının ailəsi faciə ilə üzləşir. Bu, olduqca ağır dərddir, sağalmaz yaradır.

Biz bu yaraları daşıyan insanlarıq. BMT-dən, digər beynəlxalq təşkilatlardan, dünya dövlətlərindən tələb edirik ki, Ermənistanın bu hərəkətlərinə qiymət versin. Biz sülh və əmin amanlıq şəraitində, dinc yaşamaq istəyirik. Biz minasız dünya istəyirik!

Biz buradan dünyanın bütün tərəqqipərvər insanlarına səslənirik: Ermənistanın Azərbaycana qarşı şiddətlənən mina müharibəsinə, terror fəaliyyətinə etiraz səsinizi ucaldın!".

Müraciəti "Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası" İctimai Birliyinin sədri Rey Qasımov, "Minalar əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzayev imzalayıblar.

Paylaş

Xəbər lenti

Xocalıda narkotik plantasiyası aşkarlanıb Bu gün, 13:53 Anar Quliyev: "Böyük Qayıdış Proqramı çərçivəsində ərazi planlaşdırma sənədləri təsdiq edilib" Bu gün, 13:52 DTX Türkiyə və Pakistana başsağlığı verib Bu gün, 13:50 Rüstəm Orucov təxribat xarakterli çıxış edən erməni idmançıya cavab verib Bu gün, 13:49 Türkiyə Ermənistandakı Metsamor AES-in fəaliyyətinin dayandırılması üçün hərəkətə keçib Bu gün, 13:48 Şuşada III “Korkut Ata” Türk Dünyası Film Festivalı keçiriləcək Bu gün, 13:44 Peşə Təhsili üzrə Dövlət Agentliyinə direktor təyin olunub Bu gün, 13:36 Bu il Bakıda pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb Bu gün, 13:35 Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi keçiriləcək Bu gün, 13:31 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ICESCO-nun Baş direktoru ilə görüşüblər Bu gün, 13:31 Azərbaycan millisinin voleybolçusu Rumıniyada gümüş medal qazanıb Bu gün, 12:59 Cəlilabadda ağır yol qəzası olub, xəsarət alanlar var  Bu gün, 12:59 Deputat: "Təəssüf ki, Azərbaycanda hər təşkilat özünə uyğun qiymət müəyyənləşdirir" Bu gün, 12:55 Xəzər dənizində Azərbaycan-Qazaxıstan birgə hərbi təlimləri başlayıb Bu gün, 12:51 ANAMA: "Antiterror tədbirlərindən sonra bəzi kritik ərazilərdə minatəmizləmə işləri aparılır" Bu gün, 12:50 “Dekolonizasiya: Sakit İnqilab” konfransında yekun bəyanat qəbul edilib, Fransaya tələb irəli sürülüb Bu gün, 12:49 Səudiyyə Ərəbistanı klubları Levandovskini də transfer etmək istəyirlər Bu gün, 12:48 Azərbaycan Ümumdünya Poçt Konvensiyası və “Poçt ödəniş xidmətləri haqqında Saziş”ə qoşulacaq Bu gün, 12:47 Türkiyəli nazir: "Ermənistanla Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələr gedir" Bu gün, 12:46 "SİMA İmza" ilə başqasının sənin adından sənəd imzalamasının qarşısını al! Bu gün, 12:45 AQTA qeydiyyatdan keçmədən qida daşıyan şirkətlərə xəbərdarlıq edib Bu gün, 11:51 Azərbaycan Prezidenti: "Bu gün Cənubi Qafqazda sülh dövrünə qədəm qoya bilərik" Bu gün, 11:51 Ekspert: "Dünyada dövlət satınalmaları sistemi yenilənməlidir" Bu gün, 11:50 Deputat: "Qarabağ və Şərqi Zəngəzur tezliklə dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək" Bu gün, 11:50 UEFA-nın dəstəyi ilə Şamaxıda futbol festivalı keçirilib Bu gün, 11:47 Azərbaycanda matəm günlərinin təqvimdən çıxarılması təklif olunur Bu gün, 11:46 Prezident İlham Əliyev: "Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik" Bu gün, 11:43 Tural Gəncəliyev: "Ümid edirik ki, revanşist qüvvələr bütün baş verənlərdən nəticə çıxaracaqlar" Bu gün, 11:41 Rəşad Sadıqov Premyer Liqada baş məşqçi kimi 100-cü oyununu keçirib Bu gün, 11:37 Prezident İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxış edib - YENİLƏNİB-2 Bu gün, 11:35 Baş prokuror: “Vaqif Xaçaturyan barəsində cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq Bakı Hərbi Məhkəməsinə göndərilib” Bu gün, 09:57 “Sabah”ın yeni kapitanı: “Əsas hədəf qrupda birinci yer tutmaqdır” Bu gün, 09:55 Meksikada kilsənin uçması nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb - YENİLƏNİB Bu gün, 09:52 UEFA avrokubokların formatını dəyişmək və Superliqa yaratmaq istəyir Bu gün, 09:41 Ukrayna “Bayraktar”ın təkmilləşdirilmiş versiyasını əldə edə bilər Bu gün, 09:41 İsmayıllıda 35 yaşlı kişi intihar edib Bu gün, 09:39 Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin irqçi yanaşmasını sərt şəkildə qınayıb Bu gün, 09:38 “Sabah” FİBA Avropa Kubokunda ilk oyununa çıxacaq Bu gün, 09:36 Azərbaycan banklarının yeni strateji planını hazırlamaq üçün 6 ay vaxtı var Bu gün, 09:32 Azərbaycanın futzal millisinin iki oyun üçün heyəti bəlli olub Bu gün, 09:19 Lənkəranda son bir ay ərzində narkotiklərlə bağlı 32 nəfər saxlanılıb Bu gün, 08:54 "Barselona" 16 yaşlı Yamalın yeni müqaviləsində 1 milyard avro təzminat maddəsi təyin edib Bu gün, 08:46 Qazaxıstan “Pfizer” və “AstraZeneca” dərmanlarının istehsalını yerliləşdirməyi planlaşdırır Bu gün, 08:11 Bu gün Milli Məclisin payız sessiyasının ilk plenar iclası keçiriləcək Bu gün, 07:45 Bu gün Milli Məclisin payız sessiyası üzrə ilk plenar iclası keçiriləcək Bu gün, 07:45 Tramp: “Bayden ən yaxşı vaxtında belə ağıllı deyildi” Bu gün, 07:12 Səfir: "ABŞ Asiya-Sakit Okean regionunda Çini cilovlamaq üçün münaqişələri qızışdırır" Bu gün, 06:46 İlon Mask: "Castin Trüdo Kanadada söz azadlığını məhv etməyə çalışır" Bu gün, 06:19

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR