
Gədəbəydə polis nəfəri xidmət vaxtı yol qəzasında həlak olub.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, sentyabrın 26-da saat 17 radələrində rayon ərazisində “Niva” markalı avtomobillə xidmətdə olan polis əməkdaşı 1996-cı il təvəllüdlü Cahan Orucov yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.