28-09-2023, 09:55 578

MM sədri İrlandiya Parlamentinin Nümayəndələr Palatasının sədri ilə görüşüb

İrlandiyada işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova İrlandiya Parlamentinin Nümayəndələr Palatasının sədri Şon Oferghail ilə görüşüb.

Bu barədə "AVESTA.AZ"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin sədrini salamlayan İrlandiya Parlamenti Nümayəndələr Palatasının sədri Azərbaycan parlamentinin rəhbərinin İrlandiyaya ilk səfərindən məmnunluğunu ifadə edib. Nümayəndələr Palatasının sədri İrlandiya parlamentində Azərbaycanın Milli Məclisi ilə dostluq qrupunun yaradılması üzərində iş getdiyini diqqətə çatdırıb və bunun parlamentlərarası əlaqələrin daha da gücləndirilməsinə töhfə verəcəyinə inamını ifadə edib.

O, ölkəsinin xarici ölkələrə investisiya qoymaqda, iqtisadiyyat və turizm sahələrində əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib, Azərbaycanın regiondakı aparıcı rolu, ölkəmizin Avropanın etibarlı enerji tərəfdaşı olması barədə fikirlərini bölüşüb. İrlandiyalı spiker iki ölkənin parlamentlərarası və digər sahələrdə əlaqələrini daha da inkişaf etdirmək üçün qarşılıqlı səfərlərin vacibliyini vurğulayıb, bu sahədə mövcud imkanlardan danışıb.

Azərbaycan parlament nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən spiker Sahibə Qafarova, təhsil, mədəniyyət, humanitar sahələrdə və parlamentlər arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu diqqətə çatdırıb.

Görüşdə Milli Məclisin sədri Cənubi Qafqazda, o cümlədən, Azərbaycanda, xüsusən də Qarabağ bölgəsində vəziyyət haqqında məlumat verib. Sahibə Qafarova xatırladıb ki, Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etməklə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını öz gücünə təmin edib və qarşı tərəfə beynəlxalq hüquqa əsaslanan 5 prinsipdən ibarət sülh sazişi təklif edib. O, təəssüflə qeyd edib ki, artıq 3 ilə yaxındır ki, Ermənistan bu sənədi imzalamayıb. Milli Məclisin sədri, həmçinin diqqətə çatdırıb ki, Ermənistan “blokada”, “humanitar böhran” kimi əsassız iddialarla beynəlxalq miqyasda Azərbaycana qarşı siyasi şantajını davam etdirib.

Spikerin sözlərinə görə, Ermənistan bu müddət ərzində Qarabağdan 10 min hərbçisini çıxarmayıb, onlara maddi dəstək verib, silah-sursatla təmin edib, Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejimi dəstəkləyib. Sahibə Qafarova Ermənistanın ötən dövr ərzində sərhəddə təxribatlar törətdiyini, Azərbaycan ərazilərini minalamaqda davam etdiyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, ötən həftə bu təxribatların sayı daha da artıb. Belə ki, erməni kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və hərbi qulluqçularımız həlak olub və yaralanıb. Bütün bunlar Azərbaycanın lokal antiterror tədbirlərinə başlamasına səbəb olub.

Sahibə Qafarova deyib ki, bu tədbirlərin məqsədi Azərbaycanın Qarabağ regionunda qeyri-qanuni erməni silahlı qüvvələrinin mümkün hərbi təxribatlarının və terror aktlarının qarşısını almaq, terrorçu dəstələri Azərbaycanın Qarabağ regionundan çıxarmaq olmuşdur. Lokal xarakterli anti-terror tədbirləri həmçinin, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədi daşımışdır. O, xüsusilə qeyd edib ki, antiterror tədbirləri zamanı mülki əhali və obyektlər hədəfə alınmayıb və bu tədbirlər beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə reallaşdırılıb.

Spiker Sahibə Qafarova bildirib ki, sentyabrın 20-də Qarabağın erməni sakinlərinin nümayəndələrinin müraciətini nəzərə alaraq tam atəşkəs haqqında razılaşma əldə olunub. Bu razılaşmaya əsasən, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıxmalı və tam şəkildə tərksilah olunmalıdır. O, hazırda bu prosesin həyata keçirildiyini söyləyib.

Milli Məclisin sədri bildirib ki, hazırda Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyası ilə bağlı müzakirələr aparılır və artıq Qarabağın erməni icmasının nümayəndələri ilə 2 görüş keçirilib. Xankəndinə humanitar yardım və ərzaq göndərilib. Ermənistana getmək istəyən ermənilərin bölgəni maneəsiz, problemsiz tərk etməsi üçün lazımi şərait yaradılıb, Qarabağda yaşamaq istəyən insanlar orada qalırlar. Spiker Sahibə Qafarova nəhayət, sülh sazişinin imzalanacağına ümid etdiyini bildirib.

Sonra spiker Sahibə Qafarova Parlamentin xatirə kitabını imzalayıb.

Sonra Milli Məclisin sədri Sahibə Qafarovanın İrlandiya Respublikası Nümayəndələr Palatasının və Senatının iclas zallarında salamlama mərasimi keçirilib.

Paylaş

Xəbər lenti

İran ordusu Hörmüzdən keçməyə cəhd edən gəmiyə hücum edib Bu gün, 00:48 Bakıda yağış yağacaq, şimşək çaxacaq Bu gün, 00:48 2026-cı ilin sonunda varlanacaq bürclər Bu gün, 00:48 Brent neftinin qiyməti 12 iyundan ilk dəfə olaraq 88 dolları ötüb Dünən, 23:48 2026-cı il dünya çempionatının finalında fasilə 17 dəqiqədən çox olmayacaq Dünən, 23:48 Bakıda qurumuş ağacın budaqları avtomobilin üzərinə aşıb Dünən, 23:48 Azərbaycanda rejissor vəfat etdi Dünən, 23:48 Naxçıvanın altı ayda büdcəsinin gəlirləri 218 milyon manatdan çox olub Dünən, 23:48 Babək rayonunda iki avtomobil toqquşub, xəsarət alanlar var Dünən, 22:48 Sandra Audirk ABŞ-nin Ukrayna üzrə müvəqqəti işlər vəkili təyin edilib Dünən, 22:48 Çinin Çuntsin şəhərində dağ uçqunu nəticəsində 8 nəfər ölüb Dünən, 22:48 "Sumqayıt" Abdul Raşid Mumini ilə müqaviləyə xitam verdi Dünən, 22:48 Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb, ticarət və investisiya təşəbbüsləri barədə danışıb Dünən, 21:49 Bakıda zəncirvari qəza Dünən, 21:49 Apple yenidən dünyanın ən bahalı şirkətləri siyahısına başçılıq edib Dünən, 21:48 Tramp Kobaxidzeyə məktubunda ABŞ-Gürcüstan əməkdaşlığının möhkəmləndirilməsini dəstəkləyib Dünən, 21:48 "Şəfa" - "İmişli" oyununda qalib müəyyənləşməyib Dünən, 21:48 Apellyasiya məhkəməsində Ermənistan vətəndaşlarının şikayətləri üzrə təqsirləndirilən şəxslərin çıxışları başa çatıb Dünən, 21:48 SAXAL HƏMAS-ın yüksəkrütbəli rəsmisini məhv edib Dünən, 20:48 Azərbaycanla Özbəkistan birgə geoloji kəşfiyyat işləri aparacaqlar Dünən, 20:48 "Evdə tək 2" filminin aktrisası vəfat edib Dünən, 20:48 Meksikada 7,3 maqnitudalı zəlzələ olub, sunami təhlükəsi elan edilib Dünən, 20:48 690 bal toplayan Zamin Kərimov: " Çox çalışmışam, telefondan da uzaq qalmamışam" Dünən, 19:48 Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib Dünən, 19:48 Tramp İranda yeni hədəf göstərdi Dünən, 19:48 Hukstra: Aİ emissiya bazarını investisiya mənbəyinə çevirmək niyyətindədir Dünən, 19:48 Almaniya Silahlı Qüvvələri növbəti il Fransanın nüvə çəkindirməsi üzrə təlimlərində iştirak edəcək Dünən, 19:48 Qarabağda torpaq icarəsi üzrə III investisiya müsabiqəsinin qalibləri müəyyən edilib Dünən, 19:48 Azərbaycana müxtəlif qoruyucu burunaltılıların idxalına dair qərarın müddəti uzadılıb Dünən, 18:48 Dini mövzuların mediada təqdimatı ilə bağlı konfransın iştirakçıları Qubadakı ibadətgahlarda olublar Dünən, 18:48 "Fənərbağça" yeni transferlərini təqdim etdi Dünən, 18:48 Paytaxtda sərnişinlər kondisionerli dayanacaqdan istifadə edə bilmirlər Dünən, 18:48 Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək Dünən, 18:48 Saray sakinləri köhnə avtobuslardan şikayətlənirlər: AYNA-dan AÇIQLAMA Dünən, 18:48 Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib Dünən, 18:48 Hərbi Prokurorluq: Qeydə alınmış cinayətlər ötən ilin birinci yarımili ilə müqayisədə 0,9 % azalıb Dünən, 18:48 II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticəsi elan edilib Dünən, 17:50 Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə hava əlaqəsini bərpa edir Dünən, 17:49 II və III ixtisas qrupları üzrə iyulun 5-də keçirilən qəbul imtahanında dörd nəfər 400 bal toplayıb Dünən, 17:49 Zeynəbin axtarışları nəticə vermir - "Qayalıqlar və balıqçı torları işi çətinləşdirir" Dünən, 17:49 Bəzi məhsullar gömrük rüsumlarından azad olunur - FƏRMAN Dünən, 17:49 Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır Dünən, 17:49 ƏƏSMN-in təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub Dünən, 17:48 Françesko Totti DÇ-2026-da onu ən məyus edən komandaların adını açıqlayıb Dünən, 17:48 VI Yüksəliş müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib Dünən, 17:48 Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə modelinin tətbiqi qaydası təsdiqlənib Dünən, 17:48 Sükan arxasında yuxulayan sürücü və həyat yoldaşı ÖLDÜ Dünən, 16:48 Ceyhun Bayramov: Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR