3-10-2023, 18:44 528

USAID regiondan nə istəyir? - ŞƏRH

Qonşu Gürcüstanda baş verən növbəti qalmaqal ABŞ-ın Rusiyanı Cənubi Qafqazdan tamamilə sıxışdırıb çıxarmaq planı üçün düyməyə basdığına işarə edir. Rusiya ilə Ermənistan arasında iplərin qopmaq həddinə çatdığı bir dövrdə, analoji olaraq, Gürcüstanda baş verən hadisələr də sözügedən ölkədə Amerika kəşfiyyatının dövlət çevrilişinə hazırlaşmasından xəbər verir. Gürcüstan cari ilin sonuna kimi Avropa İttifaqına namizəd statusunun həll olunmasını gözlədiyi bir dövrdə ölkədə iğtişaş yaratmaqda maraqlı olan xarici qüvvələr hərəkətə keçiblər. Bunu demək üçün isə kifayət qədər əsas var. Məsələ burasındadır ki, sentyabrın 25-də USAID proqramı çərçivəsində Serbiya vətəndaşları Sinisa Sikman, Yelena Stoyşiç və Slobodan Cinoviç Gürcüstana səfər ediblər. İlk baxışdan adi səfər kimi görünsə də, maraqlı məqamlar diqqət çəkib.

Birincisi, USAID (ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi) uzunmüddətli iqtisadi və sosial inkişafa yönəlmiş sayılır və proqramları əsasən kənd təsərrüfatı, ticarət, qlobal səhiyyə, demokratiya və humanitar yardıma dəstək göstərir. Bu, aysberqin görünən üzüdür. Əsas məsələ aysberqin görünməyən üzüdür. Yəni ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi öz əməliyyatlarını həyata keçirmək məqsədilə USAID-dən pərdələnmək üçün istifadə edir. USAID-in davamlı olaraq bir ölkədə görünməsi həmin dövlətin daxili işlərinə qarışmaq, siyasi proseslərə müdaxilə etmək, hakimiyyət çevrilişlərinə cəhd məsələləri deməkdir.

İkincisi, USAID tərəfindən dəvət edilən şəxslərin müəmmalı olmasıdır. Gürcüstanın xüsusi xidmət orqanları bildirirlər ki, sözügedən şəxslər 2003-cü ildə Gürcüstanda baş verən inqilabla bağlı şəxslərdir. Məsələ bununla da bitmir, Gürcüstana dəvət edilən Sinisa Sikman, Yelena Stoyşiç və Slobodan Cinoviç müxtəlif illərdə Serbiya, Ukrayna və digər dövlətlərdə baş verən analoji proseslərdə iştirak ediblər. Bu şəxslər əsasən etiraz əhval-ruhiyyəsi yaratmaqda, zorakılıqla müşayiət edilən mitinq taktikalarını öyrətməkdə peşəkardırlar. USAID-in dəstəyi ilə Gürcüstana səfər edən bu şəxslər rəsmi olaraq mədəniyyət sahəsində çalışanlar üçün strateji qeyri-zorakı mübarizə mövzusunda təlim keçiblər. Amma əslində plan başqadır və oktyabr-dekabr aylarında Gürcüstanda iğtişaşlar planlaşdırılır. Sözügedən şəxslərin isə əsas işi planlaşdırılan iğtişaşlar üçün inqilabi gənclər qruplarını hazırlaşdırmaq olub.

USAID Azərbaycanda da 1991-ci ildən fəaliyyət göstərir. Fəaliyyəti dövründə dəfələrlə eyni üsullar, eyni taktikalara əl atılsa da, bu planlar dövlətin xüsusi xidmət orqanları tərəfindən zamanında ifşa edilib və reallaşmasına imkan verilməyib. Sözügedən qurumun Azərbaycana qarşı çirkin əməlləri bu gün də davam edir. Sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi regionunda başlatdığı lokal xarakterli antiterror tədbirlərindən sonra erməniəsilli sakinlər könüllü olaraq Ermənistana köç etməyə başladılar. Bu zaman USAID dərhal özünü göstərdi və qurumun rəhbəri Samanta Pauer Ermənistana səfər etdi. O, səfər zamanı isə “qaçqınlar”a 2.5 milyon dollar yardım göstəriləcəyini bəyan etdi. Samanta Pauerin adı qalmaqallarla yadda qalıb. Şübhəsiz ki, 2006-cı ildə lentə alınan qondarma erməni soyqırımından bəhs edən filmdə türkləri faşist adlandıran, soyqırımının tanınacağı günü özünün ikinci ad günü elan edəcəyini bildirən Pauer radikal ermənipərəstdir. Bəs USAID-ın Azərbaycana qarşı bu mövqeyinin əsl səbəbi nədir? Təbii ki, bağlı olduğu Soros fondu. Zamanında Azərbaycanda hərcmərcliklər yaratmaq istəyən "Soros Fondu" biabırçı şəkildə ölkədən qovulmuşdu. Görünür, quyruq acısını unuda bilməyən fond törəməsi USAID-i işə salaraq Azərbaycana qarşı qərəzli mövqe tutmaqda davam edir. USAID-in Azərbaycana qarşı münasibəti isə necə deyərlər, gün kimi aydındır. Qurum təmsil etdiyi dövlətin xarici siyasətinə kölgə salaraq Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı sərsəm açıqlamalar verir, BMT, ATƏT, Aİ kimi qurumlar bu barədə danışmadığı halda erməni nağılını təkrarlayaraq “etnik təmizləmə”dən dəm vurur. Bu isə ABŞ-ın nə xarici siyasətinə, nə də regionda yürütdüyü xəttə uyğundur.

Sözügedən qurum vaxtilə Azərbaycanda “NİDA”, “Dalğa” kimi təşkilatları maliyyələşdirir, Azərbaycan hökuməti əleyhinə qeyri-qanuni aksiyalar da təşkil etdirməkdən çəkinmirdi. Bununla yanaşı, fəaliyyətini pərdələmək üçün regionlarda müxtəlif layihələr həyata keçirirdi. Məsələn, 2014-cü ildə USAID Azərbaycanda “müstəqil medianın inkişafı” üçün 2,4 milyon dollar məbləğində qrant ayırıb və vəsaiti özlərinə yaxın bildikləri media və qurumlara qeyri-şəffaf formada paylayıb. Əslində, USAID-in layihələrinə ehtiyac yoxdur. Azərbaycanın istənilən layihəni reallaşdırmaq üçün kifayət qədər resursu var. Ancaq rəsmi qurumlar tərəfindən bu layihələrə ehtiyac olmadığı bildirilsə də, USAID fəaliyyətini dayandırmır. Çünki bu fəaliyyətləri ilə əslində özünə informasiya toplayır, yeni tərəfdaşlar cəlb edir. Təsadüfi deyil ki, müxalifətyönlü QHT-lərin əksəriyyəti USAID-dən, ABŞ Milli Demokratiya İnstitutundan (MDI/NDI) maliyyələşir və aldıqları qrant müqabilində lazım olan informasiya və dəstəyi göstərməyi özlərinə borc bilirlər. Belə ki, 2014-cü ildə MDI/NDI-nin Bakıdakı nümayəndəliyinin keçmiş rəhbəri Aleks Qriqoryevs özünün bank hesabından 2 milyon dollar çıxararaq bir sıra QHT-lərə, bəzi şəxslərə paylayıb ki, özləri üçün burada bir dayaq qrupu yaratsınlar.

Amma hər zaman olduğu kimi, USAID-in Azərbaycanda istənilən “fəaliyyəti” fiaskoya uğrayır, rəngli inqilab, ölkədə narazılıq salmaq, dövlətlə xalq arasında qarşıdurma yaratmaq tipli arzuları ürəklərində qalır. MKİ rəhbərliyi və USAID ağaları anlamalıdırlar ki, Azərbaycanda dövlətlə xalqın arasına girmək mümkün deyil. Amma görünür, Azərbaycanın səbir kasası bir gün dolacaq və "Soros Fondu" kimi qurumu ölkədən qovduğu kimi, USAID-ə də qapını göstərəcək.

Kamil Məmmədov

Paylaş

Xəbər lenti

AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48 Bakıda 23 məktəbə yeni direktor təyin edilib Bu gün, 13:48 Beyləqanın Təzəkənd yaşayış yerində qədim tikili qalıqları aşkarlanıb Bu gün, 13:48 400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfərə cinayət işi başlanıb Bu gün, 13:48 Bakıda qadın hamamda dəm qazından boğularaq ölüb Bu gün, 13:48 PAŞA Bank KOB-lar üçün yeni "Çevik Kredit" məhsulunu təqdim edir Bu gün, 13:48 Qvardiola İtaliya millisindən aldığı təkliflə bağlı ilk dəfə danışdı Bu gün, 13:48 Altsheymer xəstəliyinin inkişafını ləngidən yeni preparat hazırlanıb Bu gün, 13:48 13 yaşında satışa başladı, 16 yaşında az qala müflis oldu – milyarder uğur sirrini açıqladı Bu gün, 13:48 Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb Bu gün, 12:48 Bir turist Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ açıqlandı Bu gün, 12:48 Azərbaycan və Litva XİN başçıları arasında görüş başlayıb Bu gün, 12:48 Qubada kişi sevgilisinin adına kredit götürdü, qadınlar dalaşdılar - Təfərrüat Bu gün, 12:48 Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq Bu gün, 12:48 Özbəkistan parlamentinin sədri Zəfər parkını ziyarət edib Bu gün, 12:48 Mərhum nazirin gəlini ilk dəfə qayınanası ilə görüntülərini paylaşdı Bu gün, 12:48 Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib Bu gün, 12:48 Bakıda şagirdlər arasında insident - DİN-dən açıqlama Bu gün, 12:48 2026-cı ilin ən gözəl qızı seçildi Bu gün, 12:48 Təhsildən praktikaya, icradan auditə Bu gün, 12:48 Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib Bu gün, 11:48 İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib Bu gün, 11:48 "Azərsun Holdinq"in istehsalat müəssisələrində birgə infotur keçirilib Bu gün, 11:48 Rəhman Daşdəmirov: "Barselona"ya qarşı oynamaq hər futbolçunun arzusudur" Bu gün, 11:48 Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə birgə 15 nəfər ittiham edilir Bu gün, 11:48 Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın Bu gün, 11:48 "Qarabağ"da gözlənilməz ayrılıq baş verə bilər Bu gün, 11:48 Özbəkistan parlamentinin sədri Azərbaycana gəlib, "Yol xəritəsi" imzalanacaq Bu gün, 11:48 Gəncədə güclü külək ağacı aşırıb, evə və iki avtomobilə ziyan dəyib Bu gün, 10:48 Bu şəxslərə güzəştlər tətbiq olunacaq - Gələn il yanvarın 1-dən... Bu gün, 10:48 Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub Bu gün, 10:48 Bu gün 7 kənddə işıq kəsiləcək Bu gün, 10:48 Kəmaləddin Heydərovun Ağdamdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib Bu gün, 10:48 Bu rüsum 4 dəfəyə qədər azaldılır Bu gün, 10:48 Analiz vermək adı ilə xəstəxanada keçmiş həyat yoldaşını öldürən şəxsin işi Ali Məhkəmədə Bu gün, 10:48 Bəzi rayonlara qar yağır, külək güclənir - Faktiki hava Bu gün, 10:48 Ombudsman qadınlara qarşı zorakılığa son qoymağa çağırıb Bu gün, 10:48 Öz evini məktəbə çevirən, həyatının sevgisi ilə Milad Bayramında tanış olan Xalq artisti Fidan Hacıyeva ilə MÜSAHİBƏ Bu gün, 10:48 Bu avtomobillərin satış xərcləri azala bilər - YENİ AÇIQLAMA Bu gün, 10:48 Qubada içərisində ailə üzvlərinin olduğu BMW hasara çırpıldı Bu gün, 09:48 İraq 17 ildə neft qaçaqmalçılığına görə 303 milyard dollar itirib Bu gün, 09:48 ABŞ-də 1 milyon dollar qazanan miqrant lotereya fotosuna görə saxlanıldı Bu gün, 09:48 UEFA Çempionlar Liqası: "Fənərbağça" "Şaxtyor"la qarşılaşacaq Bu gün, 09:48 AZAL "Sərfəli Cümə" kampaniyası elan edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 96 dolları keçib Bu gün, 09:48 Tərtərdə quyuya düşərək ölən şəxs Qarabağ qazisi olub Bu gün, 09:48 Türkiyədə tanınmış simalar SAXLANILDI Bu gün, 08:48 Şirvanda gəncin əlində patron partladı: Ağır xəsarətlər alıb Bu gün, 08:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR