4-10-2023, 17:17 535

Musa Qurbanlı: “Qarabağ”ın “Hakken”ə qalib gəlmək şansı kifayət qədər çoxdur”

“Qarabağ”ın “Hakken”ə qalib gəlmək şansı kifayət qədər çoxdur. Bunun üçün komanda öz oyununu sərgiləməlidir”.

Bunu “Report”a açıqlamasında İsveçin “Yurqorden” klubunun azərbaycanlı futbolçusu Musa Qurbanlı “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində həmin ölkənin digər təmsilçisi “Hakken” önündə şanslarını dəyərləndirərkən deyib.

21 yaşlı hücumçu səfərdə çıxış etməsinə baxmayaraq, Azərbaycan çempionunu daha şanslı hesab edir: “Qarabağ”ın Avropa arenasında təcrübəsi daha çoxdur. Səhv etmirəmsə, “Hakken” ilk dəfədir qrup mərhələsində mübarizə aparır. Amma yenə də onlara autsayder kimi yanaşmaq düzgün olmaz. Hər iki komanda üçün çətin oyun olacaq. “Molde” ilə görüşdə “Qarabağ”ın optimal formasına yavaş-yavaş çatdığını gördüm. Ümid edirəm ki, təmsilçimiz buradan qələbə ilə ayrılar”.

Azərbaycan millisinin forvardı hazırda İsveç çempionatının 3-cü pilləsində qərarlaşan Höteborq klubunun təhlükəli rəqib olduğunu söyləyib: “Hakken”lə eyni çempionatda çıxış etsək də, bura gələndən onlara qarşı oynamamışam. Mövsümün gedişində “Yurqorden”ə keçdiyim üçün həmin vaxta qədər “Hakken”lə hər iki matç baş tutmuşdu. Ətraflı məlumatım olmasa da, hər həftə oyunlarının icmalına baxdığım üçün komandanı müəyyən qədər tanıyıram. Sürətli oyunçulara malik təhlükəli kollektivdir. Futbolçularının fərdi keyfiyyətləri yüksəkdir. Ötən mövsüm ölkə çempionu olmaları çox şeydən xəbər verir”.

Qurbanlı İsveç Allsvenskanında böyük rəqabət yaşandığını vurğulayıb: “Həqiqətən də, bu liqada rəqabət həddən artıq yüksəkdir. Hazırda mövsümün sonuna cəmi 5 tur qalsa da, çempionluq mübarizəsində aşkar favorit yoxdur. Liderlə üçüncü sıradakı komanda arasında cəmi 5 xal fərq var. “Hakken” də ötən mövsüm bu çempionatın qalibi olubsa, deməli, möhkəm komandadır. Düzdür, yay transfer dönəmində bir neçə vacib oyunçularını satdılar. Ancaq yeni gələnlərlə yaranan boşluğu doldurublar”.

Qeyd edək ki, oktyabrın 5-də qrup mərhələsinin II turu çərçivəsində keçiriləcək “Hakken” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Paylaş

Xəbər lenti

Sumqayıtda azyaşlının avtobusla vurularaq ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb Bu gün, 12:48 Elxan Şahinoğlu: "İşğaldan azad olunmuş ərazilərdəki bərpa işlərinə hər il milyardlarla manat vəsait ayrılır" Bu gün, 12:48 Əllərin keyiməsi və üşüməsi nəyin əlamətidir? - Bu səhvləri etməyin Bu gün, 12:48 Göyçə gölünün üzərində tornado - ANBAAN VİDEO Bu gün, 12:48 Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilib Bu gün, 12:48 Xankəndi bayrama hazırlaşır Bu gün, 12:48 Şimşək çaxıb, dolu düşəcək - Bazar gününün havası Bu gün, 12:48 Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı Bu gün, 11:48 Vətən yolunda əbədiləşən ömür Bu gün, 11:48 Elşad Namazovdan gözlənilməz ayrılıq: Vəzifəsindən getdi Bu gün, 11:48 Yamal finaldakı qələbə qolunda öz payını açıqlayıb Bu gün, 11:48 Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır Bu gün, 11:48 DİQQƏT! - Bakıda 5 avtobusun yolu dəyişdirildi Bu gün, 11:48 Pakistanın Kohat şəhərində terror: ölənlərin sayı 31-ə çatdı Bu gün, 10:48 Zahid Oruc: "Prezident İlham Əliyevin müharibə liderliyi həmişə öyrəniləcək" Bu gün, 10:48 DİN antiterror əməliyyatında iştirakı ilə bağlı paylaşım edib Bu gün, 10:48 Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir Bu gün, 10:48 Bakıda qadına 12 bıçaq zərbəsi vuruldu - 17 yaşlı oğlu saxlanıldı Bu gün, 10:48 Məşhur türkiyəli atıcı Yusuf Dikeç yeni işə başlayıb Bu gün, 10:48 Müəllimlərin işə qəbulu müsabiqəsindən sonra təxminən 3 minə yaxın vakant yer yaranıb Bu gün, 09:48 Misli Premyer Liqası: "Turan Tovuz" "Zirə"yə, "Sabah" "İmişli"yə qarşı Bu gün, 09:48 Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılığa gəlib Bu gün, 09:48 Qaxda ağır qəza: Yaralılar var Bu gün, 09:48 Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Çexiya və İngiltərə ilə üz-üzə gələcək Bu gün, 09:48 Azərbaycanda daha 90 məktəbdə təmayül tədris modeli tətbiq olunacaq Bu gün, 00:48 "Atanın, ananın, qardaşların hökmü ilə yaşayırdıq" - Keçmiş Bakıdan xatirələr Bu gün, 00:48 Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür Bu gün, 00:48 SEPAH generalı İranın münaqişəni davam etdirməyə tam hazır olduğunu bildirib Dünən, 23:48 Yardımlıda yanğın: Alovlar iki hektar ərazini bürüdü Dünən, 23:48 Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı Dünən, 23:48 Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür Dünən, 23:48 Yaşar Gülər: Şəhid və qazilərimizin göstərdiyi misilsiz səylər Türkiyə və Azərbaycanın ən möhkəm təminatıdır Dünən, 23:48 Agentlik direktoru: Bəzi hallarda nəticələri yüksək olan müəllimlər çox az dərs saatı ilə təmin olunurlar Dünən, 23:48 Qəza baş verdi, avtomobildə sıxılı vəziyyətdə qaldı Dünən, 22:48 Premyer Liqa: "Qarabağ" "Şəfa"nı məğlub edib Dünən, 22:48 Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır Dünən, 22:48 10 ildir Qaraçuxur sakinlərinin gününü qara edən problem niyə həll edilmir? Dünən, 22:48 Azərbaycan BMT-də mina qurbanlarının hüquqları ilə bağlı müzakirə təşkil edib Dünən, 22:48 Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb Dünən, 21:48 SOCAR neftçiləri təbrik edib Dünən, 21:48 Leyla Əliyeva Nüsrət Kəsəmənlinin şeirini səsləndirib Dünən, 21:48 "Neftçi"nin baş məşqçisi Yuri Vernidub: "Bizi qarşıda çətin oyunlar gözləyir" Dünən, 21:48 Fermerlər çıxılmaz durumda: Su problemi kəndliləri təngə gətirib Dünən, 20:48 Bakıda bir milyonluq evlə bağlı şok iddia: Sahibindən xəbərsiz 400 minə satılıb Dünən, 20:48 Bakı və Kişineu daha 12 sənəd imzalaya bilər Dünən, 20:48 3 qida obyektində ciddi nöqsanlar aşkarlanıb Dünən, 20:48 Əməkdar artist Sevda Məmmədzadə vəfat edib Dünən, 20:48 İçməli su ilə bağlı XOŞ XƏBƏR - Bu ərazilərdə... Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR