4-10-2023, 17:09 542

Roma statutunun ratifikasiyası Rusiya-Ermənistan münasibətlərinə necə təsir edəcək? - ŞƏRH

Ermənistanın anti-Rusiya fəaliyyəti davam edir. Son beş ildə ölkədə Rusiyaya qarşı çıxışlar artmaqdadır. Bu istiqamətdə keçirilən etiraz aksiyalarında “İşğalçı Rusiya Ermənistandan get!”, “Rusiya işğalçıdır!” kimi şüarlar səslənib.

Son zamanlar Moskvanın təşəbbüsü ilə yaradılan təşkilatların tədbirlərində rəsmi İrəvanın iştirakı da azalıb. Məsələn, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərinə Ermənistanın qatılmaqdan imtina etməsi Moskvaya qarşı sərt jest sayıla bilər. Rəsmi İrəvanın bu tip addımları, ölkədə güclənən anti-Rusiya ovqatı Kremlin də haqlı məyusluğuna səbəb olur. Çünki ermənilərin və Ermənistanın son 200 illik tarixi, fəaliyyəti, mövcudluğu birbaşa Rusiyanın, keçmiş SSRİ-nin himayəsi, yardımı ilə sıx bağlıdır. Odur ki, Moskvanın İrəvandan inciməsi, nəsə umması səbəbsiz, əsassız deyil.

Əslində, Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya etməklə Rusiya ilə mövcud çatı dərinləşdirib. Yeri gəlmişkən, bu qanun indiki şəraitdə Ermənistan prezidenti Vaaqn Xaçaturyanın təsdiqləməsindən sonra qüvvəyə minəcək. Bununla belə, statutun ratifikasiyasını Rusiya-Ermənistan münasibətlərində İrəvan tərəfindən Moskvaya qarşı çəkindirici faktor kimi də qəbul etmək olar. Hətta İrəvan imzalanmanı gecikdirmək, yaxud yenidən müzakirəyə çıxarmaqla Rusiya ilə müəyyən bazarlığa getmək üçün vaxt da qazana bilər. Ancaq baş nazir Nikol Paşinyanın bu məsələdə qətiyyətli açıqlaması Ermənistanın statutdan geri çəkilməyəcəyinin göstəricisidir.

Ermənistan parlamentinin 107 deputatından 60-ı qanun layihəsinin lehinə, 36 müxalif deputatdan 22-si isə əleyhinə səs verib. Tərəfsiz qalan olmayıb. Başqa sözlə, müzakirədə 82 deputat iştirak edib. İki ölkə arasında çox vacib məsələnin müzakirəsində bu sayda parlament üzvünün iştirakı iqtidar və müxalifət partiyaları arasında qanun layihəsinin əleyhdarları və tərəfdarlarının olduğunu deməyə də əsas verir.

Bəziləri hesab edirlər ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsi Ermənistanı Rusiyadan incik salıb. İrəvan hesab edirdi ki, Rusiya başda olmaqla KTMT-nin başqa üzvləri də öz ərazi bütövlüyünü bərpa edən Azərbaycana qarşı döyüşəcək. Çox gülünc və məntiqsiz iddia idi... Ermənilərin işğalçılıq siyasətini Rusiya və təşkilat üzvlərinin müdafiə etməməsini statutun ratifikasiyası ilə əlaqələndirmək əsassızdır. Çünki Ermənistan hələ 1999-cu ildə Roma statutunu imzalayıb. Ancaq parlament ratifikasiya olunmamışdı. 2004-cü ildə Ermənistan Konstitusiya Məhkəməsi bunu ölkənin Əsas Qanununa zidd sayıb. 2022-ci ilin sonunda yenidən bu məsələyə qayıtdılar. Ermənistan bununla guya Azərbaycana qarşı məhkəmə iddiaları ilə çıxış etməyi qarşısına məqsəd qoyub. Ancaq bu sənədi qəbul etmədiyindən Azərbaycan üçün keçərli sayılmır. Sənəd Ermənistana səfər edəcəyi halda Rusiya Prezidenti Vladimir Putinin həbsinə əsas verir. Beynəlxalq Cinayət Məhkəməsi Ukraynada müharibə zamanı uşaqların itkin düşməsinə görə ona qarşı cinayət işi başlayıb.

Deməli, rəsmi İrəvan hələ 24 il əvvəl Rusiyadan ayrılacağının anonsunu verib. Ancaq ölkədə baş verən sonrakı hadisələr onun ratifikasiyasını gecikdirib. Bu, Ermənistanın Qərblə Şimal arasında ikili oyun oynamasının nəticəsidir. 1999-cu ildə Koçaryan hakimiyyəti qərbin gözündə özünü Avropasevər göstərmək üçün bunu imzalayıb. Ancaq bunun Rusiyanın xoşuna gəlmədiyini görüb sənədi ratifikasiya etməyiblər.

Qeyd edək ki, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel Ermənistanı Roma statutunu ratifikasiya etdiyi üçün alqışlayıb.

Deməli, bu sənədin ratifikasiyasının Azərbaycana təsiri yox dərəcəsindədir. Tarixdə fəaliyyətdə olan prezidentin bu qanuna əsasən həbs edilməsi faktı yoxdur. Bu baxımdan Ermənistana səfər edəcəyi halda Vladimir Putinin həbsinin reallaşması mümkünsüzdür. Ermənistanın əsas hədəfi Rusiya ilə münasibətləri pozmaq, özünü suveren göstərmək cəhdidir. Bu, Nikol Paşinyanın Rusiyadan asılı olmayan xarici siyasət yürütmək istiqamətində səyi də sayıla bilər. Statut məsələsi Qərblə Şimal arasındakı yol ayrıcında qalan Ermənistanın işlərini bir az da qəlizləşdirib. Rusiya hələ ki məsələni həll etməyə tələsmir. Görünən odur ki, Moskva yüngül təsir vasitəsi ilə rəsmi İrəvana anti-Rusiya mövqeyindən çəkindirməyə çalışır. İndiki şəraitdə Ermənistanı daha çox yükləyib təsir dairəsindən uzaqlaşmasını istəmir. Bununla əyaləti kimi davrandığı Ermənistanda Kremlə qarşı qiyamın baş verməsinin qarşısını almağa çalışır. Bütün hallarda Roma statutu Ermənistanı Rusiyadan hələ ki qopara bilməyəcək. Bunun üçün Qərbin Cənubi Qafqazda Rusiyadan daha çox nüfuza yiyələnməsi vacibdir. O hələ ki buna nail olmayıb. Ancaq proses davam edir... Qanunlar adətən müəyyən məsələlərin tənzimlənməsinə köməklik göstərir. Ancaq Roma statutu Rusiya ilə Ermənistanın münasibətlərinə nifaq salır...

Paylaş

Xəbər lenti

DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48 Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü" çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib Bu gün, 10:48 "Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48 Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR