5-10-2023, 13:35 489

Kazım Qurbanov: “Yeniyetmə və gəncləri milli idman növlərinə cəlb etməyə çalışırıq” - MÜSAHİBƏ

Oktyabrın 2-3-də Bakıda kəmər güləşi üzrə Avropa çempionatı keçirilib.

20 ölkə idmançılarının qatıldığı turnirdə Azərbaycan millisinin üzvləri 1 qızıl, 6 gümüş, 23 bürünc medal qazanıblar.

Azərbaycan Milli İdman Növləri Assosiasiyasının (AMİNA) prezidenti Kazım Qurbanov “Report”a müsahibəsində həm qitə birinciliyini dəyərləndirib, həm də ölkəmizdə milli idman növləri ilə bağlı görülən işlər barədə məlumat verib.

- Bakıda keçirilən kəmər güləşi üzrə Avropa çempionatında 20 ölkənin idmançıları mübarizə apardılar. Qonaqların təşkilatçılıqla bağlı düşüncələri necə idi?
- Yarışa ümumilikdə 150-dən çox idmançı qatılmışdı. Azərbaycan idman sahəsində sözünü demiş ölkələrdən biridir. 2015-ci ildə keçirilən Avropa Oyunları, 2017-ci ildə təşkil edilən İslam Həmrəyliyi Oyunları, Avropa və dünya çempionatları bunun bariz nümunəsidir. Ölkəmizə gələn idmançılar, məşqçilər, nümayəndələr həmişə xoş təəssüratlarla buradan ayrılıblar. Budəfəki Avropa çempionatına qatılan qonaqlar da təşkilatçılıqdan məmnun qaldılar. Qitə birinciliyinin baş tutmasında Gənclər və İdman Nazirliyinin böyük təşəbbüsü və təşkilatçılığı oldu.

- Azərbaycan millisi turniri 1 qızıl, 6 gümüş, 23 bürünc medalla başa vurdu. Nəticə ürəyinizcə oldu?
- Yarışa 42 güləşçi ilə qatılmışdıq. Onlardan 32-si kişi, 10-u qadın idi. Əlbəttə ki, qızıl medalın sayı çox olsaydı, daha çox sevinərdik. Amma 42 nəfərdən 30-nun medal qazanmasını da qənaətbəxş nəticə saymaq olar. İnanırıq ki, növbəti yarışlarda idmançılarımız daha böyük uğurlar əldə edəcəklər.

- İdmançılarımızı qarşıda hansı məsul yarışlar gözləyir?
- Oktyabrın 12-17-si aralığında Tacikistanda yeniyetmələrin dünya çempionatı keçiriləcək. Azərbaycan millisinin üzvləri də orada mübarizə aparacaqlar. Həmçinin 24-27 oktyabr tarixlərində Səudiyyə Ərəbistanında Dünya Kombat Oyunları təşkil ediləcək. İdmançılarımız orada həm qazax güləşi, həm də kəmər güləşi üzrə çıxış edəcəklər. Dekabrda isə milli güləş, kəmər güləşi və qazax güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək. Həmin nəticələr əsasında millinin heyəti formalaşacaq.

- Milli idman növlərinin Azərbaycanda yayılması hansı səviyyədədir?
- Bildiyiniz kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin bütün sahələrdə olduğu kimi, idmana da böyük diqqəti və qayğısı danılmazdır. Həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın da milli idman növlərinə böyük dəstəyi var. Onu da əlavə edim ki, bu yaxınlarda zorxana və pəhləvan güləşi UNESCO-da Azərbaycanın milli idman növü kimi qəbul olunub. Assosiasiyamızın tərkibində bir çox milli idman növləri mövcuddur. Bununla yanaşı, dünya xalqlarının milli idman növləri də assosiasiyamızın tərkibinə daxildir. Hər il milli idman növlərimiz, eləcə də dünya xalqlarının populyar idman növləri üzrə ölkə çempionatları keçiririk. Regionlarda da seminarlar təşkil edirik. İstəklərimiz çoxdur. Yeniyetmə və gəncləri milli idman növlərinə cəlb etməyə çalışırıq.

- Yəqin razılaşarsınız ki, yeniyetmə və gənclərdə milli idman növlərinə maraq əvvəlki qədər yüksək deyil. Məhəllələrdə bunların yayılması üçün hansısa işlər görülür?
- Bakı məhəllələrində həm seminarlar, həm də köklü idman növlərinin təbliği ilə məşğul olmaq istəyirik. Bununla bağlı layihəmiz var. Yeniyetmələr və gəncləri bir yerə yığmaq, onların asudə vaxtlarını səmərəli keçirmələri üçün şərait yaratmaq istəyirik. Ən böyük arzumuz gələcək nəsli sağlam ruhda və düşüncədə görməkdir. Bundan başqa, milli idman növləri ilə bağlı bir kitab dərc edəcəyik. 100-dən çox milli oyunlarımız var. Gənc nəslin bunların ən azı 90-dan çoxu barədə məlumatı yoxdur.

- Kitablar satışda olacaq, yoxsa paylanacaq?
- Həmin kitab ancaq faydalanmaq üçündür. Satış nəzərdə tutulmayıb. İlk növbədə müəyyən strukturlara, federasiyalara, idman məktəblərinə, UGİM-lərə, təhsil ocaqlarına paylamağı planlaşdırırıq.

- Bu layihələri həyata keçirmək üçün Təhsil Nazirliyi ilə işbirliyi nəzərdə tutulmayıb?
- Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında milli güləş və zorxana tədris olunur. Başqa milli idman növlərinin də orada dərslik kimi keçirilməsi planımızda var. İlk növbədə məhəllələr arasında bu işi görmək istəyirik. Ondan sonra təhsil ocaqlarında – məktəblərdə, universitetlərdə seminarlar keçirmək niyyətindəyik. Əlbəttə ki, Təhsil Nazirliyi ilə birgə layihələr həyata keçirmək istəyirik. Assosiasiyamızın tərkibində yetərincə savadlı mütəxəssislər, professorlar var. Başqa ölkələrdən dəvətlər alırıq, orada milli idman növləri ilə bağlı seminarlar keçirik. Xarici ölkələr bizim idman növlərinə böyük maraq göstərirlər. Gələcəklə bağlı planlarımız çoxdur.

- Maliyyə durumunuz bu planları həyata keçirməyə imkan verir?
- Gənclər və İdman Nazirliyi tərəfindən assosiasiyamıza böyük qayğı var. Onlar bizə maliyyə baxımından dəstək verirlər.

Paylaş

Xəbər lenti

Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48 Türkiyədə "Halk TV"yə qarşı əməliyyat - Ece Üner və əri saxlanıldı Bu gün, 11:48 DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48 Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü" çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib Bu gün, 10:48 "Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR