8-10-2023, 10:20 579

Əfqanıstanda zəlzələ qurbanlarının sayı 2 mini ötüb, 9 mindən çox insan yaralanıb - YENİLƏNİB 3

Əfqanıstanın qərbində baş verən zəlzələ və afteşoklar nəticəsində ölənlərin sayı 2 000-i ötüb, 9 000-dən çox insan yaralanıb.

“AVESTA.AZ” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə “Taliban” hökumətinin Təbii Fəlakətlə Mübarizə Nazirliyi bildirib.

Agentlik qeyd edib ki, təbiət hadisəsində 2 053 nəfər ölüb, 9 240 nəfər yaralanıb. Bundan başqa, 1 329 ev dağılıb.

Eyni zamanda, “Taliban” hökumətinin İnformasiya və Mədəniyyət Nazirliyinin nümayəndəsi Abdulla Vahid Rayanın “Associated Press”ə dediyinə görə, yeraltı təkanlar nəticəsində 6 kənd tamamilə dağılıb.

09:50

Əfqanıstanın qərbində baş verən zəlzələ və afteşoklar nəticəsində ölənlərin sayı 2 000-i ötüb.

“AVESTA.AZ” “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə “Taliban” hökumətinin nümayəndəsi bildirib.

Xatırladaq ki, daha öncə “Taliban” hökumətinin nümayəndəsinin müavini Bilal Kərimi AFP-yə ölənlərin sayının mini ötdüyünü açıqlamışdı.

09:19

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 1 000-i ötüb.

“AVESTA.AZ” xəbər verir ki, bu barədə AFP “Taliban” hökumətinin nümayəndəsi Bilal Kərimi istinadən bildirib.

“Təəssüf ki, qurbanların sayı böyükdür... Ölənlər 1 000-dən çoxdur”, - o deyib.

Xatırladaq ki, oktyabrın 7-də yerli vaxtla saat 11:00 radələrində Əfqanıstanın Herat şəhərindən 40 km qərbdə 6,3 maqnitudalı zəlzələ olub. Təbiət hadisəsi qonşu Badqis və Fərəh əyalətlərində də hiss olunub. ABŞ Geoloji Xidmətinin verilənlərinə görə, ilk zəlzələdən sonra 5,9 və 5,5 maqnitudalı daha bir neçə təkan baş verib.

08:41

Əfqanıstanda baş verən güclü zəlzələdə 500 nəfər ölüb.

“AVESTA.AZ” xəbər verir ki, bunu Qızıl Aypara Cəmiyyətinin sözçüsü Erfanullah Şərəfzoi bildirib.

Qeyd edək ki, 6,3 bal gücündə baş verən zəlzələnin episentri 272 min insanın yaşadığı Herat şəhərindən 42 km şimal-qərbdə olub.

Paylaş

Xəbər lenti

Naftalan şəhərinə icra başçısı təyin edilib Bu gün, 19:48 Gədəbəy rayonuna icra başçısı təyin olunub Bu gün, 19:48 Natiq Əliyev Qaradağ rayon icra hakimiyyətinin başçısı təyin olunub Bu gün, 19:48 Transxəzər marşrutu üçün 55 milyard dollarlıq investisiya ehtiyacı müəyyənləşdirilib Bu gün, 19:48 Şuşada mina partlayışı olub, bir nəfər xəsarət alıb Bu gün, 19:48 Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik Bu gün, 19:48 Estoniya Rusiya və Belarus vətəndaşlarına daşınmaz əmlak satışını məhdudlaşdırmaq istəyir Bu gün, 19:48 Tehran masaya yeni plan qoydu: Müharibənin dayandırılması üçün ŞƏRTLƏR Bu gün, 19:48 Azərbaycanda kimlər aylıq müavinət ala bilər? - SİYAHI Bu gün, 19:48 Azərbaycan–Küveyt media əməkdaşlığının inkişafı müzakirə olunub Bu gün, 19:48 Meyvə-tərəvəz bazarına yeni nəzarət: BAHALAŞMA olacaq? Bu gün, 18:48 "Şamaxı" klubunun əməkdaşı VƏFAT ETDİ Bu gün, 18:48 Bakıda hazırda hansı yollarda sıxlıq var? Bu gün, 18:48 Böyük Britaniyadakı Azərbaycan tələbə təşkilatları parlamentarilərə Anım Günü ilə bağlı müraciət ünvanlayıblar Bu gün, 18:48 Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq Bu gün, 18:48 Bu dövlət şirkətlərinin siyahısına dəyişiklik edildi Bu gün, 17:48 AZAL-ın Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri təxirə salınıb Bu gün, 17:48 Psixoloqdan xəbərdarlıq: Cütlüklərin birlikdə məşq etməsi münasibətlərə təsir göstərə bilər Bu gün, 17:48 Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzub Bu gün, 17:48 Aktyor Səmimi Fərhad: "Maşın yumuşam, təkər qaraltmışam, küçədə "bakkuş" satmışam" Bu gün, 17:48 Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri AÇIQLANDI – 1818 nəfər qəbul oldu Bu gün, 17:48 Bakıda qızının nişanlısını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub Bu gün, 17:48 Yuxusuzluq insult riskini 26 faiz artıra bilər – Alimlərdən yeni araşdırma Bu gün, 16:48 Deniz Göktaş azadlığa buraxıldı Bu gün, 16:48 Siqaret çəkənləri bu cərimələr gözləyir - 30 manatdan 700 manatadək... Bu gün, 16:48 Gəlinini bıçaqlamaqda təqsirləndirilən 72 yaşlı kişi təcridxanada öldü Bu gün, 16:48 Qətər Avropa və Asiya ölkələrinə qaz tədarükünü dayandırdı - SƏBƏB Bu gün, 16:48 Braziliyada məhbus dəmir barmaqlıqların arasından keçərək qaçdı – ANBAAN GÖRÜNTÜLƏR Bu gün, 16:48 Futbolda qeyri-adi hadisə: oyunçunun saçını yolan iki futbolçu qırmızı vərəqə aldı Bu gün, 16:48 Ağsuda dağlıq ərazidə yanğın başlayıb Bu gün, 15:49 Bakıda oğlunu öldürən qadın özünü binadan atdı Bu gün, 15:49 Ançelotti Rafinyanı hücumçu mövqeyində sınayacaq Bu gün, 15:48 Qəhvə insanlara niyə fərqli təsir edir? - Dietoloq səbəbini açıqladı Bu gün, 15:48 Lahorda azərbaycanlı qadına qarşı qrup şəklində cinsi zorakılıq iddiası – İstintaq başladı Bu gün, 15:48 Bəxtiyar İsmayılov vəzifəsindən azad olundu: Nazir müavini TƏYİN EDİLDİ Bu gün, 15:48 Bakıda 117 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm – 5 il həbs şərti verildi Bu gün, 15:48 Kəlbəcərə sərmayə üçün tarixi fürsət: İlk özəl kompleksin satış şərtləri. Bu gün, 15:48 3 uşaq anası evdən qaçıb? - "Tez gəldim nənəmə dedim ki..." Bu gün, 15:48 Yanvar-avqust aylarında 32 440 uşağa reabilitasiya xidmətləri göstərilib Bu gün, 14:48 Bu həftə 12 bürcü nələr gözləyir? – Keçmiş sevgilər və pul gündəmdə Bu gün, 14:48 Jurnalist Əvəz Zeynallı vəfat etdi Bu gün, 14:48 Bakıda sabah yağış yağacaq - HAVA PROQNOZU Bu gün, 14:48 Bakının mərkəzində piyada zonaları genişləndirilir Bu gün, 14:48 "Birliyin Gücü – 2026": Panton körpülərin qurulması, minalı sahələrdə keçidlər icra olunub Bu gün, 14:48 Kiyevə dron hücumu zamanı daha bir azərbaycanlı yaralanıb Bu gün, 14:48 Məşhur brendin yeni smartfonlarından vacib aksesuar çıxarılıb Bu gün, 14:48 Putin Səudiyyə Ərəbistanındakı səfiri vəzifədən azad edib Bu gün, 14:48 "Azərbaycanda idarələrdə də öz dilimizdə danışmırlar" - Ayxan Abbasov Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR