
Livandan İsrailə keçən silahlılardan bəziləri məhv edilib.
“Report” xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusundan bildirilib.
Qeyd olunub ki, əməliyyat davam edir.
Qurumdan verilən məlumata görə, İsrail ordusu Qəzza zolağında HƏMAS-ın bir çox mərkəzlərinə qarşı genişmiqyaslı hücuma başlayıb.
Livandan bir neçə şübhəli İsrail ərazisinə daxil olub.
“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun “X” hesabında yazılıb.
Bildirilib ki, Müdafiə Ordusu bununla bağlı zəruri tədbirlər görür.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 800 nəfər ölüb, 2 750 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.