
ABŞ hökuməti Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda Hərbi Hava Qüvvələrinin bir sıra eskadrilyalarının Yaxın Şərqdə qalma müddətini uzadıb və ehtiyat qüvvələri bölgəyə göndərməyə hazırdır.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.
“Birləşmiş Ştatlar İsraili və onun xalqını qətiyyətlə dəstəkləməkdə davam edir. “Cerald Ford” aviadaşıyıcısı başda olmaqla, ABŞ Hərbi Dəniz Qüvvələrinin zərbə qrupu artıq Aralıq dənizinin şərq hissəsindədir. Biz, həmçinin ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı eskadrilyaların bölgədəki mövcudluğunun müddətini artırdıq. Müdafiə Nazirliyi zərurət yaranarsa, əlavə qüvvə və vasitələrin o bölgəyə göndərilməsinə tam hazırdır”, - nazir deyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.