
ABŞ administrasiyası HƏMAS tərəfindən əsir götürülən Amerika vətəndaşları da daxil olmaqla, girovların azad edilməsi üçün İsrailə yardım göstərməyə hazırdır.
"Report"un məlumatına görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, İsrailin girovların azad edilməsində böyük təcrübəsi var.
Kirbi itkin düşmüş amerikalıların bəzilərinin hazırda girov saxlanıldığını qeyd edib.
O, vurğulayıb ki, hər kəs öldürülən və girov götürülən amerikalıların sayının artmaqda davam edəcəyinə hazır olmalıdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.