
Fransa rəhbərliyi ölkənin şimalındakı Arras kommunasında bir məktəb müəlliminin öldürülməsindən sonra və Fələstin – İsrail qarşıdurması səbəbindən artan təhdidlər fonunda maksimum terror təhlükəsi səviyyəsini tətbiq etmək qərarına gəlib.
“Report” xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Məlumata görə, “terror hücumu təhlükəsi” səviyyəsi tətbiq edilib ki, bu da hazırkı “Vigipirate” antiterror planında nəzərdə tutulan üç səviyyənin maksimumudur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.