17-10-2023, 14:41 602

Qarabağ Zəfəri – “dəmir yumruğ”un gücü - ŞƏRH

Oktyabrın 15-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli Dövlət Bayrağımız əbədi ucaldıldı. Ardınca Prezidentin Xankəndidən Azərbaycan xalqına etdiyi müraciət tək region ölkələrində deyil, postsovet məkanında geniş əks-səda doğurdu və hələ uzun müddət də müzakirə mövzusu olaraq qalacaq.

Dünyanın aparıcı beyin mərkəzləri Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, əzəli torpaqlarını azad etməsini analiz edir, mülahizələr səsləndirirlər. Birmənalı şəkildə bildirirlər ki, bunun bir səbəbi var, o da Azərbaycanda mövcud hakimiyyətlə xalq arasında formalaşan sarsılmaz inam və birlikdir. Məhz bu sarsılmaz birlik 30 illik işğala son qoyub, Azərbaycanın ərazi bütövlüyünün bərpasına gətirib çıxarıb.

Azərbaycan xalqı 20 il bundan öncə Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevə səs verməklə ona dəstəyini və inamını ortaya qoydu. Ölkə Prezidenti də elə ilk bəyanatında Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyini vəd verdi. İlham Əliyev bu vədinə əməl edərək elə bir uğura imza atdı ki, bunu bir məqalə ilə ifadə etmək kifayət etmir. Çünki dərsliklərə salınacaq bir tarix yaşadıq, bu şərəfli tarixi yaşamaq bizlərə də qismət oldu.

Beləliklə, Qarabağ uğuru ilə on milyonluq Azərbaycan xalqının qalib liderinə olan sevgisi birə-min artdı. O, “Əbədi Prezident” kimi qəlblərdə yer aldı. Çünki 30 illik erməni işğalına son qoymaqla İlham Əliyev Azərbaycan xalqının qürurunu özünə qaytardı və bundan böyük qələbə ola bilməz. Uzun illər Qarabağ nisgili, torpaqlarımızı azad görmək arzusu ilə yaşadıq və bütün ağrı-acılara dözdük. Münaqişənin həllinə vasitəçilik edən ATƏT-in keçmiş Minsk qrupunun yarıtmaz fəaliyyəti ilə bağlı 30 il səbir etdik. Məhz 27 sentyabr 2020-ci il tarixi bu səbrin son nöqtəsi oldu. Erməni təxribatının qarşısının alınması ilə başlayan İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatdı. Azərbaycan 44 gün ərzində torpaqlarının böyük bir hissəsini azad etdi, separatizm kimi mənfur bir bəlanın "belini qırdı". Bu il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirlərinin məntiqi yekunu isə Xankəndidə Dövlət Bayrağımızın dalğalanması idi.

Ölkəmiz son 20 ildə hərtərəfli inkişaf edərək dünya arenasında öz sözünü deyən və öz gücünü sübut edən ölkələrdən birinə çevrilib. Bu da Prezident İlham Əliyevin yorulmaz və gərgin fəaliyyətinin nəticəsidir. Prezidentimizin rəhbər obrazını şərtləndirən əsas xüsusiyyətləri bir neçə sözlə ifadə etmək olar - şəxsi nüfuz, yüksək təşkilatçılıq, fəallıq, təşəbbüskarlıq, yaradıcılıq enerjisi, bunlardan istifadə edərək xalqın böyük hörmət və sevgisini qazanmaq yolunda sərf edilən əmək. Eyni zamanda, diplomatik bacarığı da bura daxil etməliyik. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

Bəli, İlham Əliyev uzaqgörən və müdrik addımları ilə ötən 20 il ərzində müstəqil güclü Azərbaycan dövlətinin hərtərəfli davamlı tərəqqisini təmin etdi, doğma torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etməklə müasir tariximizin qızıl səhifələrini yazdı.

Beləliklə, ötən 20 il onu deməyə əsas verir ki, bütün Qarabağda Azərbaycan bayrağını ucaldan, “Qarabağ Azərbaycandır!” formulunu dünyaya qəbul etdirən Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca qələbədən-qələbəyə aparacaq.

Paylaş

Xəbər lenti

AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48 Bakıda 23 məktəbə yeni direktor təyin edilib Bu gün, 13:48 Beyləqanın Təzəkənd yaşayış yerində qədim tikili qalıqları aşkarlanıb Bu gün, 13:48 400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfərə cinayət işi başlanıb Bu gün, 13:48 Bakıda qadın hamamda dəm qazından boğularaq ölüb Bu gün, 13:48 PAŞA Bank KOB-lar üçün yeni "Çevik Kredit" məhsulunu təqdim edir Bu gün, 13:48 Qvardiola İtaliya millisindən aldığı təkliflə bağlı ilk dəfə danışdı Bu gün, 13:48 Altsheymer xəstəliyinin inkişafını ləngidən yeni preparat hazırlanıb Bu gün, 13:48 13 yaşında satışa başladı, 16 yaşında az qala müflis oldu – milyarder uğur sirrini açıqladı Bu gün, 13:48 Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb Bu gün, 12:48 Bir turist Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ açıqlandı Bu gün, 12:48 Azərbaycan və Litva XİN başçıları arasında görüş başlayıb Bu gün, 12:48 Qubada kişi sevgilisinin adına kredit götürdü, qadınlar dalaşdılar - Təfərrüat Bu gün, 12:48 Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq Bu gün, 12:48 Özbəkistan parlamentinin sədri Zəfər parkını ziyarət edib Bu gün, 12:48 Mərhum nazirin gəlini ilk dəfə qayınanası ilə görüntülərini paylaşdı Bu gün, 12:48 Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib Bu gün, 12:48 Bakıda şagirdlər arasında insident - DİN-dən açıqlama Bu gün, 12:48 2026-cı ilin ən gözəl qızı seçildi Bu gün, 12:48 Təhsildən praktikaya, icradan auditə Bu gün, 12:48 Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib Bu gün, 11:48 İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib Bu gün, 11:48 "Azərsun Holdinq"in istehsalat müəssisələrində birgə infotur keçirilib Bu gün, 11:48 Rəhman Daşdəmirov: "Barselona"ya qarşı oynamaq hər futbolçunun arzusudur" Bu gün, 11:48 Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə birgə 15 nəfər ittiham edilir Bu gün, 11:48 Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın Bu gün, 11:48 "Qarabağ"da gözlənilməz ayrılıq baş verə bilər Bu gün, 11:48 Özbəkistan parlamentinin sədri Azərbaycana gəlib, "Yol xəritəsi" imzalanacaq Bu gün, 11:48 Gəncədə güclü külək ağacı aşırıb, evə və iki avtomobilə ziyan dəyib Bu gün, 10:48 Bu şəxslərə güzəştlər tətbiq olunacaq - Gələn il yanvarın 1-dən... Bu gün, 10:48 Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub Bu gün, 10:48 Bu gün 7 kənddə işıq kəsiləcək Bu gün, 10:48 Kəmaləddin Heydərovun Ağdamdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib Bu gün, 10:48 Bu rüsum 4 dəfəyə qədər azaldılır Bu gün, 10:48 Analiz vermək adı ilə xəstəxanada keçmiş həyat yoldaşını öldürən şəxsin işi Ali Məhkəmədə Bu gün, 10:48 Bəzi rayonlara qar yağır, külək güclənir - Faktiki hava Bu gün, 10:48 Ombudsman qadınlara qarşı zorakılığa son qoymağa çağırıb Bu gün, 10:48 Öz evini məktəbə çevirən, həyatının sevgisi ilə Milad Bayramında tanış olan Xalq artisti Fidan Hacıyeva ilə MÜSAHİBƏ Bu gün, 10:48 Bu avtomobillərin satış xərcləri azala bilər - YENİ AÇIQLAMA Bu gün, 10:48 Qubada içərisində ailə üzvlərinin olduğu BMW hasara çırpıldı Bu gün, 09:48 İraq 17 ildə neft qaçaqmalçılığına görə 303 milyard dollar itirib Bu gün, 09:48 ABŞ-də 1 milyon dollar qazanan miqrant lotereya fotosuna görə saxlanıldı Bu gün, 09:48 UEFA Çempionlar Liqası: "Fənərbağça" "Şaxtyor"la qarşılaşacaq Bu gün, 09:48 AZAL "Sərfəli Cümə" kampaniyası elan edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 96 dolları keçib Bu gün, 09:48 Tərtərdə quyuya düşərək ölən şəxs Qarabağ qazisi olub Bu gün, 09:48 Türkiyədə tanınmış simalar SAXLANILDI Bu gün, 08:48 Şirvanda gəncin əlində patron partladı: Ağır xəsarətlər alıb Bu gün, 08:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR