20-10-2023, 21:43 627

Qərbi Azərbaycan Xronikası: “Ermənilər bilir ki, gec-tez bu evin sahibi, bu torpağın yiyəsi gələcək”

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

"Report" xəbər verir ki, “Babalarımızın ruhları ermənilərin orada yaşamasına imkan verməyəcək” adlı veriliş Qərbi Azərbaycanın Göyçə mahalının Çəmbərək rayonunun Toxluca kənd sakini Müzahim İsgəndərovun həyat hekayəsinə həsr olunub.

O, doğulub boya-başa çatdığı kəndin həyatından, uşaqlıq və məktəb illərindən danışıb, gənc vaxtlarında əsas gününün Göyçə gölünün sahilində keçdiyini bildirib:

“Bizdə gəzməli yerlər, bulaqlar da çox idi. Uşaq vaxtı o bulaqların başına çox gedərdik. Dağlarda, bulaqlarda gəzərdik. Uşaq vaxtı kartof yığımına gedərdik. Bu, bizim üçün çox maraqlı olardı. Bizim hər tərəf dağlıq ərazidir. Uşaq vaxtı kinoya gedər, məktəbin emalatxanasında əl arabaları, maşınlar düzəldər, “Ənzəli”, “Kəmər döyüşü”, “Gizlən qaç” oynayardıq”.

M.İsgəndərov deportasiya illərindən də söz açıb, 1988-ci ildə Göyçənin Şorca kəndində böyük bir mitinq keçirdərək Göyçə mahalına muxtariyyat tələb etdiklərini deyib:

“Biz Qarabağ Azərbaycan torpağıdır!” şüarını qaldırmışdıq. Bundan sonra ermənilər daha da qorxuya düşdü və başladılar bizi sıxışdırıb çıxarmağa. Təbii ki, biz öz torpaqlarımızdan çıxmaq istəmirdik. Rus hərbçiləri var idi, onları göndərdilər. Rus hərbçiləri dedilər ki, sizə 10 gün vaxt veririk. Çıxmasanız, biz sizi qoruya bilməyəycəyik. Çıxmalısınız. Yavaş-yavaş da camaat çıxırdı, biz də məcbur olduq öz ata-baba yurdumuzu tərk etdik”.

Onun sözlərinə görə, 35 ildir Bakı şəhərində yaşamaqlarına baxmayaraq, yenə də yuxuda kəndlərini görür: “Biz orada böyümüşük, boya-başa çatmışıq, o evləri öz əlimizlə tikmişik. Ora bizim ata-baba yurdumuzdur. Qəbirlərimiz oradadır. Bizim bügünkü məqsədimiz torpaqlarımıza, dədə-baba yurdlarımıza qayıtmaqdır.

Ermənilər heç vaxt Qərbi Azərbaycanda yaşamayıb. Qərbi Azərbaycan bizim üçün doğmadır. İnşallah, biz gedib elimizi, obamızı ziyarət edəcəyik, orada yaşayıb yenə quracağıq. Ora bizim daimi Vətənimizdir".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Paylaş

Xəbər lenti

"Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48 Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR