
Bu il quraqlıq ili olduğu üçün Qarabağ bölgəsində ilkin əkinlər əsasən dəmyə əkinləri olub.
Bunu “AVESTA.AZ”a açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.
"Hazırda işğaldan azad edilmiş ərazilərdə yeni su hövzələrinin inşaası üzərində iş gedir. "Sərsəng" su anbarından istifadənin layihəsi üzərində işlənilir. Bu anbardan bu günə qədər istifadə edilməyib. Obyekt Tərtər, Ağcəbədi və Bərdə rayonlarında əkin sahələrinin suvarılmasına dəstək olacaq”,- deyə o əlavə edib.
İşğaldan azad edimiş ərazilərdə 6 su anbarı (Sərsəng, Suqovuşan, Xaçınçay, Könlənənçay-1, Köndələnçay-2 və Aşağı Köndələnçay) var. Əlavə olaraq 3 su anbarının (Zabuxçay, Həkəriçay, Bərgüşadçay su anbarı) tikintisi nəzərdə tutulub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.