
BMT Baş Assambleyasının Fələstin üzrə fövqəladə xüsusi sessiyası oktyabrın 26-da toplanacaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu təşkilatın Baş Assambleyasının 78-ci sessiyası prezidentinin rəsmi nümayəndəsi Monika Qreyli deyib.
“BMT Baş Assambleyasının cənab prezidenti Dennis Frensis oktyabrın 26-da, cümə axşamı, BMT Baş Assambleyasının 10-cu fövqəladə xüsusi sessiyasının 39-cu plenar iclasına sədrlik edəcək”, - məlumatda deyilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.