
Gürcüstanın Batumi şəhərindən havaya qalxan iki nəfərlik xüsusi təyyarə Türkiyənin Rize sahillərində dənizə məcburi eniş edib.
AVESTA.AZ xəbər verir ki, Batumidən Ordu-Giresun hava limanına uçan təyyarə mühərrikində yaranan nasazlıq səbəbindən Rize-Artvin hava limanı yaxınlığında dənizə enib.
Hadisə ilə bağlı əraziyə Sahil Mühafizə Komandanlığının bir gəmisi, iki qayığı və dalğıc qrupu göndərilib.
Xilasetmə əməkdaşları təyyarədə olan iki nəfəri şüurları açıq vəziyyətdə sudan çıxarıblar.
Onlar ehtiyat tədbiri olaraq Kaçkar Dövlət Xəstəxanasına aparılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.