
Bir neçə dəqiqə öncə ABŞ-nin döyüş təyyarələri İranın Suriyadakı proksi-qruplaşmalarına aviazərbələr endirib.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə məlumat yayıb.
“Bölgədəki ABŞ qoşunlarına hücumlara cavab olaraq F-16 və F-15-lər Suriyadakı hədəfləri vurmaq üçün istifadə edilib”, – telekanal diqqətə çatdırıb.
Eyni zamanda, ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti də məsələ ilə bağlı yayıb:
“Bu gün Prezident Baydenin əmrinə əsasən, ABŞ hərbi qüvvələri Suriyanın şərqində İranın İslam İnqilabı Keşikçiləri Korpusu və ona bağlı qruplar tərəfindən istifadə edilən iki obyektə legitim özünümüdfiə hücumu həyata keçirib”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.