29-10-2023, 14:05 554

BMT Gününə həsr olunmuş “Güvən yürüşü” keçirilib

Azərbaycan - BMT-nin Rezident Əlaqələndiricisinin Ofisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və YARAT Müasir İncəsənət Məkanı ilə birlikdə BMT Gününə həsr olunmuş “Güvən yürüşü” təşkil edib.

Bu barədə "Report"a BMT-nin İnformasiya Mərkəzindən bildirilib.

Əlilliyi olan şəxslərin iştirakı ilə Dənizkənarı bulvarda keçirilən “Güvən yürüşü”nün məqsədi cəmiyyətdə inklüzivliyin və bərabərliyin vacibliyini vurğulamaqdır.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva tədbirin əhəmiyyətindən danışarkən qeyd edib ki, BMT öz tərəfdaşları ilə birlikdə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün çalışır. BMT Gününə həsr olunmuş “Güvən yürüşü” inklüziv və bərabər cəmiyyətlərin qurulması məqdəsi üçün çalışan qurumları və fərddləri bir araya gətirib.

"BMT-nin əsasını qoymuş, sülh, dayanıqlı inkişaf və hər kəs üçün insan hüquqları naminə dəyər və prinsipləri özündə ehtiva edən BMT Nizamnaməsinin qəbul olunmasından 78 il il ötür və bu təsis sənədi bizim fəaliyyıtimiz üçün böyük əhəmiyyət kəsb edir.Bu gün biz tərəfdaşlarımızla, o cümlədən əlilliyi olan şəxslərlə birlikdə inklüziv cəmiyyətin əhəmiyyəti və BMT-nin heç kəsi kənarda qoymamaqla bağlı qlobal vədi haqqında mesaj veririk. Biz inanırıq ki, fərqliliklərimiz bizi bütövlükdə daha güclü edir", - Vladanka Andreeva bildirib.

Tədbirdə BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva, Gənclər Fondunun icraçı direktor vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov ilə yanaşı bir sıra dövlət qurumlarının, diplomatik korpusların, beynəlxalq təşkilatların rəhbərləri və könüllülər iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqları əsasında ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsi, reabilitasiya və sosial inteqrasiya imkanlarının artırılması üçün atılan mühüm addımları diqqətə çatdırıb. O, iki il əvvəl açılışı olan, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əlilliyi olan şəxslərin yaradıcı potensialının inkişaf etdirilməsində önəmli rolunu vurğulayıb.

Nazir bildirib ki, bu sahədə aparılan işlər “Əlillik qüsur deyil” fəlsəfəsinə əsaslanır. Həmin Mərkəzdə təlimlərə cəlb olunaraq yaradıcı bacarıqlarını uğurla nümayiş etdirən əlilliyi olan şəxslər də bir daha təsdiq edirlər ki, doğurdan da əlillik yaradıcılıqla məşğul olmaq, yaratmaq, uğurlara nail olmaq üçün məhdudiyyət deyil.

S.Babayev son illər əlilliyi olan şəxslərlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi işlərini, əlilliyin müəyyən edilməsi sahəsində ötən il Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə hazırlanmış yeni meyarların tətbiqinə başlandığını qeyd edib. O, son beş ildə dövlət başçısının tapşırıqları ilə əlilliyi olan şəxslər üçün sosial ödənişlərin 5 dəfəyə yaxın artırıldığını, müasir reabilitasiya sisteminin yaradıldığını və yeni reabilitasiya mərkəzlərinin açıldığını, illik reabilitasiya xidməti ilə təmin olunanların sayının 60 minə çatdırıldığını bildirib. Ötən dövrdə xüsusi kateqoriyalara aid əlilliyi olan şəxslərə və şəhid ailələrinə 14 min mənzil və fərdi ev verildiyini, həmin əlilliyi olan şəxslərin avtomobillə təminatı sahəsində də görülən işləri diqqətə çatdırıb.

Nazir əlilliyi olan şəxslərə dövlət tərəfindən verilən reabilitasiya vasitələri siyahısının son illər əhəmiyyətli dərəcədə genişləndiyini, ölkədə əlilliyi olan şəxslərin yüksək texnologiyalı son nəsil protezlərlə təminatının da həyata keçirildiyini bildirib.

S.Babayev əlilliyi olan şəxslərin istedad və bacarıqlarının inkişafına dəstək məqsədi daşıyan yeni inklüziv mərkəzlərin də yaradılmaqda olduğunu, bu mərkəzlərin şəbəkəsinin bütün ölkə boyu genişləndiriləcəyini qeyd edib.

#heçkəskənardaqalmasın şüarı ilə “Suraxanı” gəmi-muzeyinin qarşısından başlayan yürüş YARAT Müasir İncəsənət Mərkəzində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əlilliyi olan benefisiarları və təlimçilərinin ifasında konsert proqramı ilə yekunlaşıb.

Paylaş

Xəbər lenti

AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48 Bakıda 23 məktəbə yeni direktor təyin edilib Bu gün, 13:48 Beyləqanın Təzəkənd yaşayış yerində qədim tikili qalıqları aşkarlanıb Bu gün, 13:48 400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfərə cinayət işi başlanıb Bu gün, 13:48 Bakıda qadın hamamda dəm qazından boğularaq ölüb Bu gün, 13:48 PAŞA Bank KOB-lar üçün yeni "Çevik Kredit" məhsulunu təqdim edir Bu gün, 13:48 Qvardiola İtaliya millisindən aldığı təkliflə bağlı ilk dəfə danışdı Bu gün, 13:48 Altsheymer xəstəliyinin inkişafını ləngidən yeni preparat hazırlanıb Bu gün, 13:48 13 yaşında satışa başladı, 16 yaşında az qala müflis oldu – milyarder uğur sirrini açıqladı Bu gün, 13:48 Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb Bu gün, 12:48 Bir turist Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ açıqlandı Bu gün, 12:48 Azərbaycan və Litva XİN başçıları arasında görüş başlayıb Bu gün, 12:48 Qubada kişi sevgilisinin adına kredit götürdü, qadınlar dalaşdılar - Təfərrüat Bu gün, 12:48 Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq Bu gün, 12:48 Özbəkistan parlamentinin sədri Zəfər parkını ziyarət edib Bu gün, 12:48 Mərhum nazirin gəlini ilk dəfə qayınanası ilə görüntülərini paylaşdı Bu gün, 12:48 Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib Bu gün, 12:48 Bakıda şagirdlər arasında insident - DİN-dən açıqlama Bu gün, 12:48 2026-cı ilin ən gözəl qızı seçildi Bu gün, 12:48 Təhsildən praktikaya, icradan auditə Bu gün, 12:48 Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib Bu gün, 11:48 İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib Bu gün, 11:48 "Azərsun Holdinq"in istehsalat müəssisələrində birgə infotur keçirilib Bu gün, 11:48 Rəhman Daşdəmirov: "Barselona"ya qarşı oynamaq hər futbolçunun arzusudur" Bu gün, 11:48 Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə birgə 15 nəfər ittiham edilir Bu gün, 11:48 Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın Bu gün, 11:48 "Qarabağ"da gözlənilməz ayrılıq baş verə bilər Bu gün, 11:48 Özbəkistan parlamentinin sədri Azərbaycana gəlib, "Yol xəritəsi" imzalanacaq Bu gün, 11:48 Gəncədə güclü külək ağacı aşırıb, evə və iki avtomobilə ziyan dəyib Bu gün, 10:48 Bu şəxslərə güzəştlər tətbiq olunacaq - Gələn il yanvarın 1-dən... Bu gün, 10:48 Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub Bu gün, 10:48 Bu gün 7 kənddə işıq kəsiləcək Bu gün, 10:48 Kəmaləddin Heydərovun Ağdamdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib Bu gün, 10:48 Bu rüsum 4 dəfəyə qədər azaldılır Bu gün, 10:48 Analiz vermək adı ilə xəstəxanada keçmiş həyat yoldaşını öldürən şəxsin işi Ali Məhkəmədə Bu gün, 10:48 Bəzi rayonlara qar yağır, külək güclənir - Faktiki hava Bu gün, 10:48 Ombudsman qadınlara qarşı zorakılığa son qoymağa çağırıb Bu gün, 10:48 Öz evini məktəbə çevirən, həyatının sevgisi ilə Milad Bayramında tanış olan Xalq artisti Fidan Hacıyeva ilə MÜSAHİBƏ Bu gün, 10:48 Bu avtomobillərin satış xərcləri azala bilər - YENİ AÇIQLAMA Bu gün, 10:48 Qubada içərisində ailə üzvlərinin olduğu BMW hasara çırpıldı Bu gün, 09:48 İraq 17 ildə neft qaçaqmalçılığına görə 303 milyard dollar itirib Bu gün, 09:48 ABŞ-də 1 milyon dollar qazanan miqrant lotereya fotosuna görə saxlanıldı Bu gün, 09:48 UEFA Çempionlar Liqası: "Fənərbağça" "Şaxtyor"la qarşılaşacaq Bu gün, 09:48 AZAL "Sərfəli Cümə" kampaniyası elan edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 96 dolları keçib Bu gün, 09:48 Tərtərdə quyuya düşərək ölən şəxs Qarabağ qazisi olub Bu gün, 09:48 Türkiyədə tanınmış simalar SAXLANILDI Bu gün, 08:48 Şirvanda gəncin əlində patron partladı: Ağır xəsarətlər alıb Bu gün, 08:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR