
Cəlilabadda yol qəzası olub, üç nəfər yaralanıb.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Hadisə nəticəsində 1960-ci il təvəllüdlü Elnurə Quliyeva, 1965-ci il təvəllüdlü Daşqın İsmiyev və 1959-cu il təvəllüdlü Siyasət Quliyev müxtəlif bədən xəsarətləri alıb. Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.