30-10-2023, 14:48 594

Azərbaycanda bərpa olunan enerji stansiyalarının şəbəkəyə inteqrasiyası üzrə Dövlət Proqramı hazırlanır

Azərbaycanda 1 862 MVt gücündə bərpa olunan enerji stansiyalarının şəbəkəyə inteqrasiyası məqsədilə elektrik enerjisi şəbəkəsinin gücləndirilməsi ilə bağlı Dövlət Proqramı hazırlanır.

“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə energetika naziri Pərviz Şahbazov ilə Dünya Bankının enerji və infrastruktur üzrə regional direktoru Çarlz Cozef Kormier arasında keçirilən görüşdə bildirilib.

Görüşdə Azərbaycanın təbii qaz və bərpa olunan enerji sahələrinin inkişafına dair siyasətinin hazırkı vəziyyəti və planları çərçivəsində Dünya Bankı ilə əməkdaşlığın inkişafı müzakirə edilib. Xüsusilə, Dünya Bankının apardığı təhlillər əsasında qaz tədarükünə tələbat və bu sahəyə investisiya cəlbinin perspektivi, eləcə də Azərbaycanın enerji keçidi istiqamətində fəaliyyəti və elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilədək 30 %-ə çatdırılması hədəfinin reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Enerji təhlükəsizliyinin təminatında sabitlik aspektində diversifikasiya layihəsi Cənub Qaz Dəhlizinin genişləndirilməsinin əhəmiyyətindən bəhs edilib və bu xüsusda maliyyə institutları ilə əməkdaşlıq nəzərdən keçirilib. Həmçinin bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində Dünya Bankı ilə birgə icra edilən layihələrdən danışılıb.

Bildirilib ki, hazırda Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə dənizdə külək enerjisindən istifadə üzrə Yol Xəritəsi çərçivəsində, eləcə də “Azərbaycan üçün Çevik Texniki Yardım proqramının (AZTAF) Enerji Səmərəliliyi Komponenti üzrə Məsləhətçi Xidmətlərinin göstərilməsi”, “Azərbaycanın enerji sistemində bərpa olunan enerji güclərinin genişləndirməsinə dəstək” layihələri üzrə əməkdaşlıq edilir.

Söhbət zamanı “Gürcüstan-Rumıniya Qara dəniz sualtı enerji və rəqəmsal qoşulma xətti” layihəsinin texniki-iqtisadi əsaslandırılması prosesində iştirak edən Dünya Bankı ilə “yaşıl enerji”nin “Xəzər-Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi” və Naxçıvan üzərindən Türkiyə-Avropa xəttilə ötürülməsi, həmçinin digər potensial istiqamətlər üzrə də əməkdaşlıq imkanları dəyərləndirilib.

13:28

Azərbaycan və Dünya Bankı arasında enerji sektorunda əməkdaşlıqla bağlı müzakirələr aparılıb.

"Report" xəbər verir ki, bunu qurumun enerji və infrastruktur üzrə regional direktoru Çarlz Cozef Kormierlə görüşən energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, görüşdə Cənub Qaz Dəhlizinin genişləndirilməsi, bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası, "yaşıl enerji"nin müxtəlif marşrutlarla ötürülməsi və enerji səmərəliliyi ilə bağlı çoxşaxəli əməkdaşlıq imkanları müzakirə edilib.

Paylaş

Xəbər lenti

Zəfər Günü münasibətilə Ağdam və Xocavənd rayonlarında ağacəkmə aksiyaları keçirilib Bu gün, 20:48 Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub Bu gün, 20:48 İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər Bu gün, 20:48 Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib Bu gün, 20:48 Premyer Liqa: "Sabah" "Şamaxı" ilə oyunda xal itirib Bu gün, 20:48 Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız Bu gün, 20:48 "Fənərbağça" səfərdə "Çorum"u 5 cavabsız qolla məğlub etdi Bu gün, 20:48 Bir sıra xarici ölkələrdə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib Bu gün, 19:48 Ərdoğanın səsləndirdiyi "Şuşa gözləyir bizi" şeirinin müəllifi kimdir? Bu gün, 19:48 Qırx dörd günün dərsləri: Azərbaycanın iradəsi hərbi üstünlüyü siyasi nəticəyə çevirdi Bu gün, 19:48 Qazaxda "KamAZ" sürücüsü sükan arxasında öldü Bu gün, 19:48 Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında Türkiyə lideri ilə görüşünə dair paylaşım olunub Bu gün, 19:48 Xüsusi nümayəndəliyin və Ağdam, Füzuli, Xocavənddə Bərpa, Tikinti, İdarəetmə Xidmətinin əməkdaşları şəhid ailələri ilə görüşüb Bu gün, 19:48 Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" Bu gün, 18:48 İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Tağı abidəsini ziyarət edib Bu gün, 18:48 Azərbaycan Basketbol Liqasında VI tura yekun vurulub Bu gün, 18:48 Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər Bu gün, 18:48 Ərdoğan: "Qarabağda bərpa edilən tarixi irs Azərbaycan xalqının gələcəyə olan inamını göstərir" Bu gün, 18:48 Mədəniyyət Nazirliyinin kollektivi Zəfər abidəsinin önünə gül dəstələri qoyub Bu gün, 18:48 Zəfər Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş olub Bu gün, 18:48 Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava Bu gün, 17:48 Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunub - Fotoreportaj Bu gün, 17:48 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib Bu gün, 17:48 Rəcəb Tayyib Ərdoğan: Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər Bu gün, 17:48 Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər Bu gün, 17:48 Leyla Əliyeva Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib Bu gün, 17:48 Ərdoğan: "Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" Bu gün, 17:48 Türkiyə Prezidenti Ankara ilə Bakı arasındakı münasibətləri "sönməz məşəl" adlandırıb Bu gün, 17:48 Azərbaycanın və Türkiyənin birinci xanımları çay masası əsnasında söhbət ediblər Bu gün, 17:48 Gəncədə Zəfər Gününə həsr olunan konsert baş tutub Bu gün, 17:48 Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verib Bu gün, 17:48 Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər Bu gün, 17:48 Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" Bu gün, 17:48 Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar Bu gün, 17:48 Vətən övladlarının xatirəsi Gənclər və İdman Nazirliyinin kollektivi tərəfindən yad olunub Bu gün, 16:48 Alyona Əliyeva: "Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik" Bu gün, 16:48 Prezident İlham Əliyevdən Ərdoğana: Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir Bu gün, 16:48 Prezident: Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq Bu gün, 16:48 İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur Bu gün, 16:48 Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi Bu gün, 16:48 Prezident: Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar Bu gün, 16:48 Azərbaycan Prezidenti Türkiyə ilə münasibətlər barədə: Heç kimə imkan vermərik ki, bizim aramıza girsin Bu gün, 16:48 Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir Bu gün, 16:48 Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur Bu gün, 16:48 Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır Bu gün, 16:48 Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər Bu gün, 16:48 "Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər Bu gün, 16:48 Şuşada Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR