
ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Rey İranı Amerika rəsmilərinə, o cümlədən ABŞ ərazisində sui-qəsd planları hazırlamaqda ittiham edib.
"AVESTA.AZ" xəbər verir ki, Rey Senatın komitəsində keçirilmiş dinləmələrdə deyib:
“İranlılar həm birbaşa, həm də muzdluların cəlb edilməsi yolu ilə dissidentlərə və ABŞ-nin yüksəkrütbəli hazırkı və keçmiş hökumət rəsmilərinə qarşı sui-qəsdlər, o cümlədən Amerika torpaqlarına birbaşa hücumlar planlaşdırırdılar”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.