
"Təhsil olmadan innovasiyanın olması sual altında qalar. Təhsil sisteminin nailiyyətləri uzun müddətli vaxtda innovasiyasının inkişafına təkan verir. Bu mühiti yaradanlar da insanlardır və bu müddət də təhsildən keçir".
"AVESTA.AZ" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib.
Nazir bildirib ki, təhsil sahəsində qısa müddətdə uğur əldə etmək çətindir, yəni zamana ehtiyac var: "İnsan zamanla yetişir, onları zamandan sürətli yetişdirmək metodu isə yoxdur. Təhsildəki nailiyyətləri əldə etməyə zaman lazımdırsa, qısa və səmərəli yollarla nələri həll edə bilərik sualına cavab tapmaq lazımdır. İnnovativ yanaşmalar məktəb vaxtlarından daha çox bağça yaşlarından başlamalıdır. Qısa yol isə ali təhsil müəssisələri ilə əlaqəlidir. Odur ki, bu işdə tədqiqat məsələsi vacibdir. Yeni bilik yaratmaq və idarə etmək isə başqa mövzudur".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.