4-11-2023, 14:41 530

Şərqdə və Qərbdə müflis olan iş adamına necə münasibət göstərilir?

Azərbaycanda "Müflisləşmə haqqında" yeni qanun qəbul edilməsi üzərində iş aparılır. Artıq bununla bağlı Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın nəzdində “Biznesin müflisləşməsi” İşçi qrupu yaradılıb və işçi qrupunda həm dövlət, həm də özəl sektordan nümayəndələr yer alıb. Həmçinin Dünya Bankının dəstəyi ilə Almaniyadan olan beynəlxalq ekspert də bu prosesə cəlb edilib.

Bəs bu yeni qanun Azərbaycana nə verəcək? Beynəlxalq tələblər hansı dəyişiklikləri etməyi diktə edir?

İşçi qrupunun üzvü, ekspert İlqar Mehti “AVESTA.AZ”a açıqlamasında bildirib ki, artıq Qərbdə müflisolma ənənələri çoxdan formalaşıb, amma Şərqdə düşüncə bir qədər fərqlidir:

“Beynəlxalq təcrübədə müflis olmaq adi, sadə proseduradır. Biznes risk deməkdir və müflis olmaq iş adamının sadə haqqıdır. Sahibkar hansısa riskə girdi və o baş tutmadısa özünü müflis elan edir ki, müəyyən müddətdən sonra gücünü toplayıb bir də cəhd etsin. Ola bilsin o bir neçə dəfə müflis olacaq, amma sonda böyük bir şirkətin sahibi olacaq. Vaxtilə Stiv Cobs da müflis olub. Yeri gəlmişkən ABŞ-nin prezidenti Abraham Linkoln rəsmən 8 dəfə özünü müflis elan edib. Sonra isə ölkənin prezidenti olub. Yəni Qərb ənənəsində müflis olmaq həyatın bitdiyi demək deyil, amma Şərq ənənəsində belədir ki, adın ömürlük qara siyahıya düşür, heç kim sənin əlini sıxmaq istəmir.

Bu təkcə mədəniyyət, düşüncə məsələsi demək deyil. Bunu qanunla da insanlara anlatmaq lazımdır ki, müflis olmaq iş adamının təbii haqqıdır. Əgər insan müflis olursa müəyyən prosedurlardan keçməlidir, müəyyən öhdəlikləri icra etməlidir, işçilərinin pulunu ödəməlidir, vergi öhdəlikləri varsa onları bağlamalıdır”.

İşçi qrupunun üzvünün sözlərinə görə, Azərbaycanda müflis olan iş adamı özünü qara siyahıya düşmüş kimi hiss edir:

“Qərbdə müflis olan adama kredit, bank fəaliyyətinin təsiri olmur, əksinə dövlətdə dəstək olur ki, həmin iş adamı müflis vəziyyətindən rahat çıxa bilsin. Amma bizdə müflis olan adam banklardan kredit belə cəlb edə bilmir.

Bizdə təəssüf ki, yerli şirkətlər müflis olanda normal proseslərdən keçmək üçün hüquqşünaslarla işləmək təcrübəsi yoxdur. Biznesmen hüquqi sistemə inanmalıdır. Bizim təcrübəmizdə olub ki, Azərbaycan Beynəlxalq Bankının (ABB) ABŞ-də məhkəməsi keçirildi. Xarici kreditorlar anlayışla qarşıladı ki, bank öz borclarını restrukturizasiya edir.

Hesab edirəm ki, tənzimləyici qurumların əllərində olan mexanizmlər cəzalandırıcı deyil, təşviqedici mexanizmlər olmalıdır. Kimsə müflis oldusa onun müflis olma səbəblərini araşdırıb, bu səbəbləri aradan qaldırmaq və həmin adama dəstək olmaq lazımdır ki, o da biznes fəaliyyətinə, bazar iqtisadiyyatına dönüş eləsin. Amma indiki durum cəzalandırma durumudur".

İ. Mehti 2024-cü ildən qanunvericilikdə müsbət dəyişikliklərin gözlənildiyini qeyd edib: "Artıq sahibkarın vergi öhdəliyi yarandıqda ona bu borcu qaytarmaq üçün möhlət veriləcək. Bu biznesdir və ola bilsin hansısa il bu iş adamı için uğurlu olmadı. Bəlkə o gələcəkdə böyük bir korporasiya quracaq?! Bu baxımdan güzəşt etmək lazımdır.

Məh hesab edirəm ki, “Müflisləşmə haqqında” yeni qanuna kəskin ehtiyac var və tezliklə həmin qanun qəbul edilməlidir".

İqtisadçı-ekspert Natiq Cəfərli də Azərbaycanda müflisolma mədəniyyətinin formalaşmamasından narahatdır. Ekspert hesab edir ki, yeni qanun özündə ən mütərəqqi beynəlxalq mexanizmləri əks etdirməlidir:

“Azərbaycanda müflisləşmə mədəniyyətinin formalaşmamasının əsas səbəblərindən biri də düşüncə tərzidir. Bizdə müflis olmaq hətta ayıb sayılır. Müflis olmaq biznes kateqoriyası, iqtisadi kateqoriya deyil, müflis olmaq nüfuzdan düşmək, gözdən düşmək hesab edilir. Halbuki dünyanın müflisləşmə ilə bağlı geniş tarixi var. Harada biznes varsa, orada müflisolma hallarına da rast gəlmək olacaq.

Digər bir məsələ ondan ibarətdir ki, bizdə zaman-zaman boz sxemlər olduğundan "Müflisləşmə haqqında" qanunu tətbiq etmək də mümkün olmurdu. Bəzən qeyri-rəsmi öhdəliklərin mövcud olması, rəsmi təmsilçilərin fərqli, əsl sahiblərinin başqa adamlar olması müflisləşmə zamanı problemlər yaradırdı. Müflisləşmə zamanı bir də görürdün ki, öhdəliklər heç də aidiyyəti olmayan şəxsin üzərində qalır. Dəfələrlə olub ki, insanlar şirkətin onun adına rəsmiləşdiyindən heç bir xəbəri olmayıb. Hətta məhkəmə işləri də var.

Hesab edirəm ki, yeni qanun bunun daha ciddi şəkildə beynəlxalq standartlara uyğun tənzimlənmə mexanizmlərini yaradacaq. Məntiqlə düşünülsə müflisləşmə əslində biznesi qorumaq üçündür. Bu o demək deyil ki, insan bir dəfə müflis oldusa tamamilə biznesdən çəkilməlidir. Belə bir maraqlı örnək var ki, məşhur “McDonalds” şirkətinin rəhbəri bu şirkəti qurana qədər 5-6 dəfə müflisləşib. Sonradan isə belə bir uğurlu biznes modeli qurub.

Hesab edirəm ki, yeni müflisləşmə qanunu məhz bu yöndə olmalıdır, beynəlxalq standartlara uyğun olacaqsa şərait yaratmalıdır ki, hansısa şəxs müflis olarsa həyatının qalan hissəsini biznesdən kənarda keçirməsin, gələcəkdə bizneslə məşğul olmaq, uğur qazanmaq şansı olsun”.

Paylaş

Xəbər lenti

Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48 Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib Bu gün, 14:48 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq Bu gün, 14:48 "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib Bu gün, 14:48 100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb Bu gün, 14:48 AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48 Bakıda 23 məktəbə yeni direktor təyin edilib Bu gün, 13:48 Beyləqanın Təzəkənd yaşayış yerində qədim tikili qalıqları aşkarlanıb Bu gün, 13:48 400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfərə cinayət işi başlanıb Bu gün, 13:48 Bakıda qadın hamamda dəm qazından boğularaq ölüb Bu gün, 13:48 PAŞA Bank KOB-lar üçün yeni "Çevik Kredit" məhsulunu təqdim edir Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR