
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Sığortaçıların investisiya əməliyyatları ilə bağlı Qayda”nı təsdiq edib.
“Report” xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov imzalayıb.
Qərara əsasən, bu Qayda “Sığorta fəaliyyəti haqqında” qanuna əsasən hazırlanıb və sığortaçının öz vəsaitlərinin, həmçinin sığorta ehtiyatlarını təmin edən vəsaitlərinin investisiyaya yönəldilməsini və məcmu kapitalının hesablanması qaydalarını müəyyən edir.
AMB-nin Hüquq Departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.