
Bu gün axşam saatlarından etibarən Bakının Səbail rayonunun Şıx, Bibiheybət qəsəbələri və 20-ci sahə ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə "AVESTA.AZ"a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
Məhdudiyyətlərə səbəb su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır.
Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.