
Maştağada evini yandıran şəxs saxlanılıb.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 29-da saat 20 radələrində Maştağa qəsəbəsi Albalılıq yaşayış sahəsində yaşadığı evi yandırmaqda şübhəli bilinən Y.Rəcəbov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.