
Bakıda qüllədə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib.
"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin hündürlüyü təqribən 10 metr olan qüllədən düşürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.
Müraciətlə əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində halsız vəziyyətdə olan vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.