
Qaxda və Oğuzda Zəfər Günü ilə bağlı konsert proqramı təşkil edilib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Qax rayon mərkəzi meydanında təşkil olunan konsertdə tanınmış və yerli mügənnilər öz ifaları ilə çıxıs ediblər. Konsertdə hərbi vətənpərvərlik mahnıları səslənib, milli rəqslər nümayiş olunub.
Oğuz rayonunda da Zəfər Günü ilə bağlı Mədəniyyət Mərkəzinin önündə konsert proqramı olub. Konsertdə məşhur müğənnilər öz rəngarəng ifaları ilə qonaqların zövqünü oxşayıblar.
Sonda hər iki rayonunun mərkəzində atəşfəsanlıq olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.