8-11-2023, 19:06 444

Moldovada 8 Noyabr - Zəfər Günü qeyd edilib

Azərbaycanın Moldovadakı Səfirliyinin təşkilatçılığı ilə Səfirliyin önündəki “Qələbə” bağçasında Zəfər günü qeyd edilib.

"Report" xəbər verir ki, tədbirdə Moldova Parlamentinin sədrinin müavini Mixail Popşoy, qardaş Türkiyə Respublikasının səfiri Uyqar Mustafa Sertel, Moldovanın Millətlərarası Münasibətlər Agentliyinin sədri Nikolay Reditse, bu ölkədə akkreditə olan doplamatik korpusun nümayəndələri, ictimai-siyasi xadimlər, milli azlıqların icma rəhbərləri və diaspor üzvləri iştirak ediblər.

Zəfər günü münasibətilə Səfirliyin önündəki “Qələbə” bağçasında XVIII əsrin məşhur Azərbaycan şairi və ictimai xadim, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin barelyefinin açılış mərasimi olub.

Tədbirdə çıxış edən səfir Qüdsi Osmanov nitqində ilk öncə xalqımıza bu Qələbəni bəxş edən, Azərbaycanın ərazi bütövlüyü və süverenliyi yolunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini yad edib. Səfir bu gün Xankəndidə keçirilən hərbi paradı qeyd edərək, xalqımızın qürür mənbəyi olan Qələbəni tarixi ədalətin bərpası və beynəlxalq hüququn təntənəsi adlandırıb. Diplomat Ermənistanın ölkəmizə qarşı destruktiv və işğalçılıq siyasətinə baxmayaraq, Azərbaycanın sülh gündəliyinə sadiq olduğunu bildirib. Həmçinin səfir işğaldan azad olan ərazilərdə aparılan geniş miqyaslı tikinti-bərpa, yenidənqurma işlərindən danışıb, “Böyük qayıdış” proqramı çərçivəsində bu torpaqların əsl sahibləri olan keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtdığını bildirib.

Moldova Parlamentinin sədr müavini Mixail Popşoy Azərbaycan xalqını böyük bayram münasibətilə təbrik edərək, Moldovanın hər zaman ölkəmizin ərazi bütövlüyünü, suverenliyini dəstəklədiyini və bunun qarşlıqlı olduğunu bildirib. O, yaxın gələcəkdə Dnestrayanı münaqişəsinin sülh yolu ilə həll olacağına ümüd ifadə edərək, bunun regionun inkişafına töhfə verəcəyini qeyd edib. Moldova rəsmisi həmçinin ölkələrimiz arasında inkişaf edən dostluq və əməkdaşlıq münasibətlərindən söz açıb, Moldovada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatının nümunəvi və aktiv fəaliyyətini vurğulayıb.

Qardaş Türkiyə Respublikasının səfiri Uyqar Mustafa Sertel çıxışında 44-günlük müharibə nəticəsində əldə edilən Qələbəni bütün Türk dünyasının Qələbəsi adlandırıb. O, eyni soykökə, dilə, dinə, mədəniyyətə və tarixi bağlara malik olan xalqlarımızın sevincli, kədərli günlərində hər zaman bir-birinin yanında olduğunu dilə gətirib.

Moldovada tanınmış siyasi analitik Vitaliy Andreevskiy çıxışında Azərbaycanın Qələbəsini tarixi adlandıraraq, əldə edələn Zəfərin güclü lider və xalqın birliyi tandemi əsasında qazanıldığını vurğulayıb.

Daha sonra ürək sözləri ilə Moldovanın Millətlərarası Münasibətlər Agentliyinin sədri Nikolay Reditse, Moldova Azərbaycan Konqresinin sədri Elçin Bayramov, siyasi ekspert Ruslan Şevçenko, diasporun fəal üzvü Maarif Rəhimov və milli diasporlar təşkilatların rəhbərləri çıxış ediblər.

Tədbirin sonunda qonaqlara Azərbaycan mətbəxinin təamları təqdim edilib.

Həmçinin Səfirlikdə Zəfər gününə həsr edilmiş fotolardan ibarət sərgi təşkil olunub.

Paylaş

Xəbər lenti

Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48 Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib Bu gün, 14:48 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq Bu gün, 14:48 "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib Bu gün, 14:48 100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb Bu gün, 14:48 AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48 Bakıda 23 məktəbə yeni direktor təyin edilib Bu gün, 13:48 Beyləqanın Təzəkənd yaşayış yerində qədim tikili qalıqları aşkarlanıb Bu gün, 13:48 400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfərə cinayət işi başlanıb Bu gün, 13:48 Bakıda qadın hamamda dəm qazından boğularaq ölüb Bu gün, 13:48 PAŞA Bank KOB-lar üçün yeni "Çevik Kredit" məhsulunu təqdim edir Bu gün, 13:48 Qvardiola İtaliya millisindən aldığı təkliflə bağlı ilk dəfə danışdı Bu gün, 13:48 Altsheymer xəstəliyinin inkişafını ləngidən yeni preparat hazırlanıb Bu gün, 13:48 13 yaşında satışa başladı, 16 yaşında az qala müflis oldu – milyarder uğur sirrini açıqladı Bu gün, 13:48 Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb Bu gün, 12:48 Bir turist Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ açıqlandı Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR