24-08-2022, 19:00 887

Koreya Prezidentinin xüsusi nümayəndəsi Azərbaycana gəlib

Koreya Prezidentinin xüsusi nümayəndəsi So Byonq-Su Azərbaycana səfərə gəlib. O, səfər çərçivəsində Milli Məclisdə olub.

Bu barədə "AVESTA.AZ"a Azərbaycan parlamentindən məlumat verilib.

Bildirilib ki, Milli Məclisin sədri Sahibə Qafarova Busan şəhərinin “Expo 2030” Ümumdünya Sərgisinə ev sahibliyinin dəstəklənməsi üzrə Xüsusi Komitənin sədri, Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri So Byonq-Sunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Spiker bu səfərin qarşılıqlı münasibətlərin inkişafına öz töhfəsini verəcəyinə inandığını deyib. O bildirib ki, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri inkişaf edib, diplomatik münasibətlərin yaradılmasının 30-cu ilinin tamam olduğunu xüsusi qeyd edib. S.Qafarova ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərinləşməsində dövlət başçılarının və yüksək səviyyəli rəsmilərin qarşılıqlı səfərlərinin əhəmiyyətindən danışıb, Prezident İlham Əliyevin Koreyaya səfərlərini xüsusi vurğulayıb.

Söhbət zamanı Milli Məclisin sədri Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə Prezident İlham Əliyevin təşəbbüsü ilə “Ağıllı şəhər” və “Ağıllı kənd”, o cümlədən “Yaşıl Enerji Zonaları” konsepsiyalarının həyata keçirildiyini və bu sahələrdə Azərbaycanın Koreya şirkətləri ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. S.Qafarova vurğulayıb ki, artıq işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi başa çatıb və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması prosesinə start verilib.

Parlamentlərarası əlaqələrin dövlətlərarası münasibətlərin mühüm hissəsini təşkil etdiyini deyən spiker hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsindən, deputatların qarşılıqlı əməkdaşlığından məmnunluğunu bildirib, bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyindən danışıb.

Görüşdə Milli Məclisin sədri 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi və regionda davamlı sülhün yaradılması istiqamətində göstərdiyi səylər haqda məlumat verib. O, hazırda Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən 30 illik işğalının ağır nəticələrinin aradan qaldırılması ilə məşğul olduğunu və həmin yerlərə yeni nəfəs gəldiyini qeyd edib. Milli Məclisin sədri qonaqların nəzərinə çatdırıb ki, müharibənin başa çatmasından iki ilə yaxın vaxt keçsə də, Ermənistan Üçtərəfli Bəyanatın şərtlərinə əməl etməkdən boyun qaçırır, xüsusən də Zəngəzur dəhlizinin açılması istiqamətində səyləri əngəlləyir. Lakin Azərbaycan sülh tərəfdarıdır və inanırıq ki, tezliklə iki ölkə arasında sülh müqaviləsi imzalanacaq.

So Byonq-Su 2009-cu ildə Azərbaycanda olduğunu və ötən dövr ərzində Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizin sürətli inkişafından, baş vermiş dəyişikliklərdən olduqca təsirləndiyini və bundan fəxr duyduğunu diqqətə çatdırıb. Qonaq Koreyanın Azərbaycana böyük önəm verdiyini və Koreya rəhbərliyinin Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da dərinləşdirilməsində maraqlı olduğunu qeyd edib. So Byonq-Su Koreya hökumətinin xüsusilə ekologiya, iqlim dəyişikliyi və “ağıllı şəhər” layihələrinin həyata keçirilməsinə marağını ifadə edib. Qonaq parlamentlərarası əlaqələrin daha da da inkişaf etdirilməsinin vacibliyindən danışaraq bunun üçün qarşılıqlı səfərlərin intensivliyinin artırılmasının vacibliyini vurğulayıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Malik Həsənov, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Koreyanın ölkəmizdəki səfiri Li İn-Yonq və digər rəsmi şəxslər iştirak ediblər.

Paylaş

Xəbər lenti

Sabah bir çox ərazilərdə işıq olmayacaq Bu gün, 00:48 Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ Bu gün, 00:48 Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır Bu gün, 00:48 Bunu etməklə hesabınızı itirə bilərsiniz - WhatsApp işlədənlərə XƏBƏRDARLIQ Dünən, 23:48 Sabah bir rayonda qaz olmayacaq Dünən, 23:48 Şəmkirdə ölüm hadisəsi baş verib Dünən, 23:48 BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur" Dünən, 23:48 Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin fotosu Dünən, 23:48 İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib Dünən, 22:48 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan Dünən, 22:48 Bakıda jurnalistlərə hücum edənlər saxlanıldı Dünən, 22:48 Göygöldə evdən meyit tapıldı Dünən, 22:48 Anthropic-in daxili məlumatları süni intellekt startapının əlinə keçdi Dünən, 22:48 FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb Dünən, 22:48 "Bu dairədən getməlisən": Xoşqədəm Hidayətqızı Ramiz Mehdiyevlə bağlı illər sonra danışdı Dünən, 21:48 Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR Dünən, 21:48 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib Dünən, 21:48 "Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib Dünən, 21:48 Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib Dünən, 21:48 Leyla Əliyeva UNESCO-nun baş direktorunun müavini ilə görüşüb Dünən, 20:48 Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb Dünən, 20:48 Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir Dünən, 20:48 Qan təzyiqini tənzimləməyə kömək edən 7 meyvə açıqlanıb Dünən, 20:48 Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel müzakirəsi keçirilib Dünən, 20:48 Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib Dünən, 20:48 Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA Dünən, 19:48 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib Dünən, 19:48 Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib Dünən, 19:48 Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər Dünən, 19:48 ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib Dünən, 19:48 Bakıda bu ərazilərdə yeni parklar salınacaq - Süni göllər, tennis kortları... Dünən, 19:48 Bakıda ICESCO-nun "Sülh kitabı"nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub Dünən, 19:48 38 saylı poliklinikada rentgen kağızı elektrik "plitəsi" ilə quruduldu Dünən, 18:48 Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib Dünən, 18:48 İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb Dünən, 18:48 Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib Dünən, 18:48 Gəncədə sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - 4,9 milyon manat ayrıldı Dünən, 18:48 Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi Dünən, 17:49 Bakıda vəzifəli şəxs işdən azad edildi Dünən, 17:49 Azərbaycan Məkkə Konvensiyasına qoşulub Dünən, 17:48 Kredit borcuna görə zaminin avtomobillərinə qadağa qoyula bilərmi? Dünən, 17:48 Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq Dünən, 17:48 Azərbaycanda dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişib Dünən, 17:48 Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi" Dünən, 17:48 İsa Həbibbəyli: "Ramiz Mehdiyev ölkənin adına ləkə gətirən cinayət hərəkətlərinə yol verib" Dünən, 16:48 İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür Dünən, 16:48 İran səfiri Azərbaycanla cinayətkarlığa qarşı birgə mübarizədən danışıb Dünən, 16:48 "Nar" AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR