
Türkiyənin Diyarbakı şəhərində mikroavtobusun aşması nəticəsində 14 nəfər yaralanıb.
“Report” ə istinadən xəbər verir ki, hadisə Diyarbakır – Elazığ yolunun 17-ci kilometrliyində baş verib.
Bildirilib ki, idarəetmədən çıxan nəqliyyat vasitəsi yolun qarşı tərəfinə keçərək aşıb.
Hadisədən yaralanmış sürücü və 13 sərnişin xəstəxanaya göndərilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.