25-08-2022, 13:00 831

“İrəli” İctimai Birliyinin VIII hesabat-seçki konfransı keçirilib - YENİLƏNİB

“İrəli” İctimai Birliyinin VIII hesabat-seçki konfransı keçirilib.

“AVESTA.AZ” xəbər verir ki, konfrans öncəsi Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarı və Şəhidlər xiyabanı ziyarət olunub.

Hesabat-seçki konfransında dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, media mənsubları və 500-ə yaxın gənc iştirak edib.

Konfrans Dövlət Himninin səsləndirilməsi, ümummilli lider Heydər Əliyevin, habelə ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra təşkilatın hesabat dövründəki fəaliyyəti haqqında videoçarx təqdim edilib.

Birliyin İdarə Heyətinin sədri Şahin Rəhmanlı hesabat məruzəsi ilə çıxış edib. O, dövlət gənclər siyasətinin Azərbaycan gənclərinə yaratdığı əvəzsiz imkan və fürsətlərə, eləcə də gənclərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə təşkilatın üzvləri adından öz dərin minnətdarlığını bildirib, Azərbaycan gəncliyinin göstərilən yüksək etimadı doğrultmaq üçün bundan sonra da böyük şövq və əzmlə çalışacağını bəyan edib.

Diqqətə çatdırılıb ki, təşkilat tərəfindən son iki ildə 53 layihə həyata keçirilib. Həyata keçirilən layihələrdə 26 247 nəfər birbaşa olaraq iştirak edib. Bununla yanaşı, 278 tədbir, 208 təlim, 326 seminarın icrası uğurla başa çatdırılıb.

Birliyin media qurumları ilə sıx əməkdaşlıq etdiyini bildirən Ş.Rəhmanlı qeyd edib ki, 2020-ci ilin may ayından 2022-ci ilin avqust ayınadək mətbuatda 924 xəbər dərc olunub, ümumilikdə 1,063,130 baxış qeydə alınıb.

Digər çıxışçılar təşkilatın son seçki ili ərzindəki fəaliyyətini yüksək qiymətləndiriblər.

Hesabat dinlənildikdən sonra konfransın təşkilat komitəsinin sədri çıxış edərək, Birliyin hesabatı, yeni tərkibdə İdarə Heyəti və onun sədrinin ümumi yığıncağın iştirakçıları tərəfindən seçilməsi barədə məlumat verib. Səsvermə qaydaları elan olunduqdan sonra səsvermə keçirilib, İdarə Heyəti sədrinin hesabatı qəbul edilib.

Daha sonra yığıncaqda təşkilatın yeni tərkibdə İdarə Heyətinin seçilməsi məsələsi müzakirə olunub. Namizədlərin adları elan edildikdən sonra İdarə Heyətinə seçkilər keçirilib. Şahin Rəhmanlı, Azər Əmirov, Elvin Səhətbəyli, Fatimə Məsimli, Anar Qurbanov, Kənan Əliyev, Orxan Rüstəmov, Ramtiq Alızadə və Gövhər Ağazadə Birliyin İdarə Heyətinin üzvləri seçiliblər.

Yeni tərkibdə İdarə Heyəti formalaşdıqdan sonra sədr vəzifəsinə namizədlərin adları elan olunaraq seçkilər keçirilib. Şahin Rəhmanlı yenidən iki il müddətinə təşkilatın İdarə Heyətinin rəhbəri seçilib.

“İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı göstərilən etimada görə Birlik üzvlərinə təşəkkürünü bildirib, bundan sonra da gənclərin hərtərəfli inkişafı istiqamətində öz səylərini əsirgəməyəcəyini qeyd edib.

11:42

“İrəli” İctimai Birliyinin VIII hesabat-seçki konfransı keçirilir.

“AVESTA.AZ” xəbər verir ki, konfransda dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, millət vəkilləri, media mənsubları və 500-ə yaxın gənc iştirak edir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Qeyd olunub ki, hesabat-seçki konfransının gündəliyinə 2 əsas məsələ daxil edilib. Əvvəlcə Birliyin ümumi yığıncağında təşkilatın son iki ildəki fəaliyyətinə dair hesabat məruzəsi dinləniləcək, habelə yeni tərkibdə İdarə Heyətinin seçilməsi məsələsi müzakirə olunacaq.

Yeni tərkibdə İdarə Heyəti formalaşdıqdan sonra İdarə Heyətinin sədri vəzifəsinə seçkilər keçiriləcək.

Xatırladaq ki, “İrəli” İctimai Birliyi 26 avqust 2003-ci ildə ümumrespublika gənclər hərəkatı kimi fəaliyyətə başlayıb, 24 dekabr 2008-ci ildə isə gənclər təşkilatı olaraq təsis edilib. Təşkilatın əsas məqsədi sağlam, vətənpərvər və rəqabətədavamlı gənclər şəbəkəsi yaratmaqla dövlət gənclər siyasətinə töhfə verməkdir.

Paylaş

Xəbər lenti

Tramp: Hörmüz boğazından rekord həcmdə neft daşınıb Bu gün, 00:48 Mustafa Sandalın həyat yoldaşının adı fond qalmaqalında hallandı Dünən, 23:48 Ekspert: "Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." Dünən, 23:48 Gələcəyi daha çox düşünən bürclər hansılardır? Dünən, 23:48 Britaniyada ABŞ aviabazasının yaxınlığında 5 nəfər saxlanılıb Dünən, 22:48 Azərbaycanda avtomobil almaq çətinləşir? - İdxal niyə kəskin azalıb? Dünən, 22:48 Hindistanda güclü yağışlar 56 nəfərin ölümünə səbəb olub Dünən, 22:48 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər parkını ziyarət ediblər Dünən, 21:48 Azərbaycan Ordusunda Anım günü münasibətilə tədbirlər keçirilib Dünən, 21:48 Bir vəsiqə ilə türk dünyasına səyahət etmək: Azərbaycanlı turistləri hansı imkanlar gözləyir? Dünən, 21:48 18 Aİ ölkəsi qeyri-qanuni miqrasiyaya qarşı birgə plan razılaşdırıb Dünən, 21:48 Şəhid Şahgündüz Cabbarovun anası oğlunun son arzusundan danışdı Dünən, 20:48 Qazaxıstanda Xəzərdəki faciə ilə bağlı ŞOK DETAL Hərbçilər təlim zamanı xilasedici jiletlərlə təmin edilməyib Dünən, 20:48 İran ABŞ-lə danışıqlara hazır olduğunu açıqladı: "İstənilən təcavüzə qarşı dayanacağıq" Dünən, 20:48 UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib Dünən, 19:48 Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər Dünən, 19:48 Bakıya gəlmək istəyən erməni tankları Dünən, 19:48 Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq" Dünən, 19:48 Türkiyə MMN Azərbaycanın şəhidlərini ehtiramla anıb Dünən, 18:48 UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyununda ikinci hissə başlayıb Dünən, 18:48 İranda müharibə zamanı 7 250 nəfər dağıntılar altından xilas edilib Dünən, 18:48 Azərbaycanın gənclər və könüllü təşkilatları beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb Dünən, 18:48 "44" bədii filminin növbəti tizeri yayımlanıb Dünən, 17:48 Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq Dünən, 17:48 UEFA Millətlər Liqası: Azərbaycan millisi Litva ilə oyunda hesabı bərabərləşdirib Dünən, 17:48 Kiyevdə dron hücumu zamanı azərbaycanlı həlak olub Dünən, 17:48 FIA prezidenti: "Bakıdakı "Formula 1" tamaşaçılara maraqlı yarış izləmək imkanı yaradır" Dünən, 16:48 İran Hörmüz boğazında ABŞ ordusuna məxsus ikinci sualtı pilotsuz qurğunu ələ keçirdiyini açıqlayıb Dünən, 16:48 Anım Günü ilə bağlı 80 vətəndaşa pulsuz hüquqi yardım göstərilib Dünən, 16:48 Ərdoğan: "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq" Dünən, 16:48 Müşavir vəzifəsindən çıxdı, şöbə müdiri oldu Dünən, 15:48 "Haber Global": "Azərbaycan İkinci Qarabağ müharibəsi şəhidlərini yad edir" Dünən, 15:48 Laçında Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib Dünən, 15:48 Şuşa, Zəngilan və Cəbrayılda Anım Günü ilə bağlı tədbirlər keçirilib Dünən, 15:48 "Gürcü Arzusu": Kürmük məbədi ətrafındakı spekulyasiyalara son qoyulacaq Dünən, 14:48 Xankəndidə Zəfər parkına yürüş olub Dünən, 14:48 "Formula 1" yarışı ilə əlaqədar küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub Dünən, 14:48 Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib Dünən, 13:48 Kobaxidze: Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığı yenidən qurmaq istəyir Dünən, 13:48 Şəhid atası: "Anaların gözləri yaşlı qalmasın deyə zabitlərimiz həmin gün əsgərlərini də qorudular" Dünən, 13:48 Tahir Budaqov: YAP qurultayına hazırlıq işləri davam etdirilir Dünən, 13:48 Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - ŞOK İDDİA Dünən, 13:48 Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb Dünən, 12:48 Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib Dünən, 12:48 Aydın Nəcəfov: "Şəhidlərimiz arzularına çatdılar, torpaqlarımız işğaldan azad edildi" Dünən, 12:48 Şəhid anası: "Oğlumu itirsəm də, ruhu əbədi mənimlə qalacaq" Dünən, 11:48 ABŞ və Çin 30 milyard dollarlıq tariflərin qarşılıqlı azaldılmasına razılaşdı Dünən, 11:48 Xocalıda Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub Dünən, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR