
“Binance” baş direktoru Çanpen Çjao istefa verməyi və çirkli pulların yuyulmasında günahını etiraf etməyi planlaşdırır.
“Report” xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Çjao çərşənbə axşamı məhkəməyə gəlməli və günahını etiraf etməlidir. Kriptovalyuta birjası da 4,3 milyard dollar məbləğində cərimə ödəməli olacaq. Çjao, mənbələrin dediyinə görə, şirkətin fəaliyyətini davam etdirməsinə imkan verəcək sövdələşmənin bir hissəsi kimi bununla razılaşıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.