
Oğuz şəhər 3 saylı körpələr evi-uşaq bağçasında yanğın baş verib.
"AVESTA.AZ"un Şimal-qərb bürosunun məlumatına görə, güclü yanğın nəticəsində uşaq bağçasının dam örtüyü və içərisindəki əşyalar qismən yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.
Hazırda yanğınsondürmə işləri davam edir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.