
Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında yanğın baş verib.
“AVESTA.AZ” xəbər verir ki, hadisə “Dərnəgül” taxta bazarında qeydə alınıb.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğını nəzarət altına alıb. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Hadisə zamanı bir nəfərin ürəktutmadan öldüyü bildirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.