
Gəncədə Cihazqayırma zavodunda yanğın olub.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, yanğın zavodun ərazisində yanacaq çənində qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 6 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Yanğın söndürülüb, hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.