25-08-2022, 18:00 873

KİV: “Qazaxıstan Prezidentinin Azərbaycana səfəri əlaqələrə yeni təkan verəcək”

“Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri tarixi hadisədir”.

“Report” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Prezidenti yanında Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun direktoru Yerkin Tukumov bildirib.

Onun sözlərinə görə, bu, Tokayevin dövlət başçısı kimi Azərbaycana ilk səfəridir: “Həm Kasım-Jomart Tokayev, həm də Azərbaycan Prezidenti İlham Əliyev əvvəllər müxtəlif forum və sammitlərdə görüşüblər. Lakin bu, ilk belə ikitərəfli görüşdür və buna böyük önəm verilir. Axı, iki dövlətin liderləri arasında dialoq çox şey deməkdir”.

Ekspert deyib ki, Azərbaycanla Qazaxıstan arasında əməkdaşlıq üçün bir çox perspektivli istiqamətlər mövcuddur: “Odur ki, bütün sahələrdə - ticari-iqtisadi, humanitar, nəqliyyat, mədəni, elmi, analitik, turizmin inkişafı və sair sahələrdə ikitərəfli münasibətlərin inkişafı üçün böyük potensial var”.

Y.Tukumov Qazaxıstanın qardaş Azərbaycanın ərazi bütövlüyünün bərpasını təkcə sözdə deyil, həm də əməldə dəstəklədiyini və yeni Azərbaycanın quruculuğuna töhfə verməyə hazır olduğunu vurğulayıb: “Belə ki, Azərbaycanda ərazi bütövlüyü bərpa edildikdən sonra faktiki olaraq dövlətçiliyin inkişafında yeni mərhələ başlayıb”.

Politoloq nəqliyyat dəhlizinin inkişafının vacibliyini də qeyd edib: “Bu, Qazaxıstan və Azərbaycan üçün Mərkəzi Asiya, Avrasiya İqtisadi İttifaqı ölkələri və Çin bazarlarına çıxışdır. Çin dünyanın ən mühüm iqtisadiyyatlarından birinə malikdir. Buna görə də biz Qazaxıstan-Azərbaycan münasibətlərinin və əməkdaşlığının inkişafında maraqlıyıq”.

Qazaxıstan Respublikasının Prezidenti yanında Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun beynəlxalq və geoiqtisadi tədqiqatlar şöbəsinin müdiri Aydar Kurmaşev isə bildirib ki, hazırda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə yüklərin logistikası və tranziti kifayət qədər səmərəli deyil: “Qazaxıstanın təbii müttəfiqi və türk dünyasının əsas ölkələrindən biri olan Azərbaycanla ticari-iqtisadi əlaqələrin inkişafı strateji əhəmiyyət kəsb edir. Ölkələrimizin oxşar maraqları var. Söhbət iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı və nəqliyyat-kommunikasiya potensialının genişləndirilməsindən gedir. Bu, əməkdaşlıq üçün yaxşı imkanlar yaradır. Bu baxımdan hesab edirəm ki, Qazaxıstan Prezidentinin Bakıya səfəri iki ölkə arasında qarşılıqlı əlaqələrin intensivləşməsində tarixi əhəmiyyət kəsb edəcək”.

Qazaxıstanda fəaliyyət göstərən “Ruhani Janğıru” Sosial İnkişaf İnstitutunun eksperti Oljas Beysenbay isə bildirib ki, son aylarda Qazaxıstan-Azərbaycan münasibətlərində iri infrastruktur layihələrinin həyata keçirilməsi məsələsində mühüm mərhələ başlayıb: “Odur ki, Tokayevin Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafına yeni təkan verəcək. Söhbət xüsusilə, “Dostıq-Moyıntı” dəmir yolunun tikintisindən, konteyner qovşaqlarının, o cümlədən Aktau dəniz limanının və digər rəqabətədavamlı istiqamətlərin inkişafından gedir. İlkin məlumatlara əsasən, 2022-ci ilin 4 ayında Trans-Xəzər marşrutu ilə yükdaşımalar 733 min tona çatıb, yəni 5 min vaqondan çox olub. Bu göstərici bizim potensialımızın tam açılmadığını göstərir”.

Paylaş

Xəbər lenti

Şəhid ailələri ilə bağlı yeni güzəşt gündəmdə Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 107 dollara yaxınlaşır Bu gün, 10:48 İşləməyə ehtiyacı olmayan şəxslər qeydiyyata alınacaqlar Bu gün, 10:48 Azərbaycanda kimlərin maaşları artacaq? - Komitə üzvü danışdı Bu gün, 10:48 Xınalıqda qarın hündürlüyü 15 santimetrə çatıb Bu gün, 10:48 Bakıda Azərbaycan və İtaliya hərbi ekspertlərinin iştirakı ilə təlim keçirilib Bu gün, 10:48 "Omid" Mağazalar Şəbəkəsinin rəhbəri həbs edildi Bu gün, 10:48 Gürcüstanın №1 daşınmaz əmlak şirkət Archi bir gündə mənzil satışları üzrə yeni rekorda imza atıb! Bu gün, 10:48 DTX-nin Akademiyasında Zəfər gününə həsr olunan elmi-praktiki konfrans keçirilib Bu gün, 10:48 Mingəçevirdə yük avtomobili bataqlıqda batıb, iki nəfər xilas edilib Bu gün, 10:48 Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü Bu gün, 10:48 Gəncədə evdən kişi meyiti tapılıb Bu gün, 09:48 Qızıl və gümüşün qiyməti UCUZLAŞDI Bu gün, 09:48 Azərbaycanda mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq Bu gün, 09:48 İnəkdən sağılan və balalarına içirdilən süd də uçota alınacaq - Yeni qərar Bu gün, 09:48 Azərbaycanlı ictimai və siyasi xadim Heydər Camalın doğum günüdür Bu gün, 09:48 Fatmayıda partlayış olub, iki nəfər xəsarət alıb Bu gün, 09:48 Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq Bu gün, 09:48 Azərbaycanlı xanəndənin həyat yoldaşı bu səbəbdən həbs edildi Bu gün, 09:48 Azərbaycan Premyer Liqasında XI tura start verilir Bu gün, 09:48 Quba və Qusarın dağlıq ərazilərinə qar yağıb Bu gün, 08:48 Bakıda bu ünvanlarda işıq olmayacaq Bu gün, 08:48 UEFA Avropa Liqası: "Trabzonspor" öz meydanında, "Beşiktaş" isə səfərdə uduzdu Bu gün, 08:48 Türkiyənin sabiq naziri həbs edildi Bu gün, 08:48 Beynəlxalq axtarışda olan Elmir Nuriyev Almaniyadan Azərbaycana gətirilib Bu gün, 08:48 Denis Şmıqal: Azərbaycan şirkətlərinin Ukraynanın bərpasında iştiraka dəvət edirik Bu gün, 00:48 Nazir: Azərbaycandan Ukrayna vasitəsilə Avropaya gedəcək logistika yollarını hazırlamaq lazımdır Bu gün, 00:48 Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib Bu gün, 00:48 Sabah Bakının bəzi ərazilərində işıq olmayacaq Bu gün, 00:48 6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür Bu gün, 00:48 Rezai: Putin ABŞ-İran münaqişəsini bitirmək üçün hər şey edəcək Dünən, 23:48 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi Dünən, 23:48 Mingəçevirdə usta iş başında öldü Dünən, 23:48 Qobustanda zəhərlənən şəxslər AAYDA əməkdaşları imiş Dünən, 23:48 Sibel Canın sevgilisi ev dustaqlığına buraxıldı Dünən, 22:48 Şəhid bulağına gələn su qəsdən dayandırılıb? - İcra hakimiyyəti ittiham edildi Dünən, 22:48 Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi Dünən, 22:48 Melaniya Tramp Oleşkidəki atəşkəsin davamlı sülhə doğru addım olacağına ümid edir Dünən, 22:48 Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb Dünən, 22:48 Tanışlıq saytlarında YENİ DƏLƏDUZLUQ: İnsanları aldadıb şantaj edirlər Dünən, 22:48 10 rayonda torpaqlar satışa çıxarılır - Ən ucuz və bahalı sahələr açıqlandı Dünən, 21:48 Rəhbərlərə 3 600, müavinlərə 3 115 manat maaş veriləcək Dünən, 21:48 Türkiyədə DƏHŞƏT: Üç kənddə silahlı hücum, 9 nəfər öldürüldü Dünən, 21:48 Bu ünvanlarda köhnə evlər sökülür – 20 kv. artıq mənzil veriləcək Dünən, 21:48 İsrail və Almaniya 2027-ci il üçün enerji sahəsində əməkdaşlıq proqramı imzalayıb Dünən, 20:48 Günəşdə böyük dəlik aşkar edildi Dünən, 20:48 Sabah Ağdaşın bəzi ərazilərində qaz olmayacaq Dünən, 20:48 Təsərrüfat sahibləri üçün yenilik Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR