
Bakıda yaşayış evinin zirzəmisində yanğın baş verib.
"AVESTA.AZ"un əməkdaşı xəbər verir ki, hadisə Xətai rayonu, İnqilab İsmayılov, 8 ünvanında qeydə alınıb.
Zirzəmidə başlayan yanğın daha sonra evin 1-ci mərtəbəsinə qədər qalxıb.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Yanğın nəzarətə alınıb.
FOTO: Mirzə Əlizadə
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.