28-11-2023, 16:40 458

Qarabağ Universitetinin yaradılmasına alim rəyi: “Kadrların hazırlanması üçün zəruri idi”

“Prezident İlham Əliyev Qarabağ Universitetini Xankəndi şəhərində yaratmaqla tarixi ədaləti bərpa etdi”.

Bunu “AVESTA.AZ”a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Bəxtiyar Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin 28 noyabr 2023-cü tarixli sərəncamı ilə Qarabağ Universitetinin yaradılması tarixi hadisədir: “Düz 50 il bundan əvvəl - 28 noyabr 1973-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Xankəndi şəhərində Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filialı yaradılıb. O zaman Xankəndi şəhərində müstəqil ali təhsil müəssisəsinin yaradılmasında məqsəd Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində yaşayan vətəndaşlarımızın ali təhsil alması, ümumtəhsil məktəblərimizin müəllimlərlə təmin edilməsi idi. Bu, həm də rayonlarımızda ziyalı potensialının gücləndirilməsinə, əhalinin maarifləndirilməsinə və erməni separatizminin qarşısının alınmasına xidmət edirdi”.

“Təəssüf ki, Ermənistanın təhriki və ovaxtkı sovet rəhbərliyinin fəaliyyətsizliyi nəticəsində erməni daşnaklar, separatçılar Qarabağda azərbaycanlılara qarşı böyük faciələr - soyqırımı və etnik təmizləmə törətdilər. Bunun qarşısını almaq əvəzinə SSRİ Nazirlər Soveti 16 oktyabr 1988-ci ildə Xankəndi Pedaqoji İnstitutunun bağlanması haqqında qərar qəbul etdi. Bütün azərbaycanlı professor-müəllim heyəti və tələbələr Xankəndi şəhərindən bu yolla çıxarıldılar. Bu da azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə planının bir tərkib hissəsi idi”, - o qeyd edib.

Bəxtiyar Əliyev
Bəxtiyar Əliyev

Milli Məclisin üzvü əlavə edib ki, müzəffər Ali Baş Komandan İlham Əliyev rəşadətli ordusu ilə 44 günlük Vətən müharibəsində Qarabağı və Şərqi Zəngəzuru erməni-faşist işğalçılarından azad edərək şanlı Zəfər tariximizi yazdı: “İndi həmin bölgələrdə böyük quruculuq işləri gedir və bölgə cənnətə çevrilir. Qarabağın və Şərqi Zəngəzurun inkişafının İntibah dövrü başlayıb. İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkilini zəruri edib. Hesab edirik ki, Prezident İlham Əliyev Qarabağ Universitetini yaratmaqla bir tərəfdən tarixi ədaləti bərpa etdi, digər tərəfdən isə doğma diyarı yenidən qurmaq üçün həmin bölgədən olan gənclərin bu universitetdə təhsil alaraq yüksəkixtisaslı kadrlara çevrilməsinə, bölgənin sürətlə inkişaf etdirilməsinə imkan yaratdı. Əminəm ki, Qarabağ Universiteti dünyanın ən müasir təhsil müəssisəsi olacaq və Azərbaycanın inkişafına böyük töhfələr verəcək”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 28-də imzaladığı Sərəncama əsasən, Xankəndidə Qarabağ Universiteti yaradılacaq. Nazirlər Kabinetinə iki ay müddətində universitetin nizamnaməsini təsdiq edərək bu barədə Azərbaycan Prezidentinə məlumat verəcək.

Paylaş

Xəbər lenti

"İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48 Türkiyədə "Halk TV"yə qarşı əməliyyat - Ece Üner və əri saxlanıldı Bu gün, 11:48 DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48 Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü" çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib Bu gün, 10:48 "Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48 Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR