
Almaniyanın "Yan Regensburq" klubunun futbolçusu Aqyemanq Diavuzi dünyasını dəyişib.
"AVESTA.AZ" III liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, o, 25 yaşında vəfat edib.
Sağ cinah müdafiəçisinin ölüm səbəbi barədə məlumat verilməyib.
Qeyd edək ki, Aqyemanq Diavuzi cari mövsüm 12 matçda meydanda olub. O, "Leyptsiq" klubunun yetirməsi idi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.