30-11-2023, 19:55 552

Azərbaycanın ədliyyə naziri Belarusda səfərdə olub

Belarusun ədliyyə nazirinin dəvəti ilə Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov nümayəndə heyəti ilə noyabrın 28-29-da Minskdə səfərdə olub.

Bu barədə "AVESTA.AZ"a Ədliyyə Nazirliyindən məlumat verilib.

Səfər zamanı ölkəmizin Belarusdakı səfirliyinə baş çəkilib, bu il 100 illiyini geniş qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq əziz xatirəsinə dərin ehtiram bildirilib. Həmçinin Qələbə meydanı ziyarət olunaraq Zəfər abidəsinin önünə əklil qoyulub.

Azərbaycan və Belarus ədliyyə nazirləri arasında nümayəndə heyətlərinin iştirakı ilə dəyirmi masa keçirilib.

Tədbirdə ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin uğurlu inkişafı, bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun xüsusi rolu vurğulanıb, hüquqi sahədə səmərəli qarşılıqlı fəaliyyətə toxunularaq əməkdaşlığın dərinləşdirilməsi üçün geniş perspektivlərin olduğu qeyd olunub.

Belaruslu nazir Sergey Xomenko ədliyyə sistemində yeni çağırışlara uyğun aparılan islahatlar barədə məlumat verib, Azərbaycanla səmərəli hüquqi əməkdaşlığı, ölkəmizin nailiyyətlərindən bəhrələnildiyini qeyd edib, əlaqələrin genişləndirilməsinə hazır olduğunu söyləyib. Belarusun Ədliyyə Nazirliyinin fəaliyyətinə həsr olunan film nümayiş olunub və ayrı-ayrı istiqamətləri əks etdirən təqdimatlar keçirilib.

F.Məmmədov ədliyyə sahəsində yeniliklər, o cümlədən infrastrukturun müasirləşdirilməsi üzrə görülən tədbirlər, rəqəmsal innovasiyalar tətbiq olunmaqla məsafədən əhaliyə göstərilən elektron və mobil xidmətlər barədə məlumat verib. “Mobil notariat” brendi, müxtəlif ədliyyə xidmətlərinin eyni vaxtda, vahid mənbədən və məsafədən göstərilməsini təmin edən yeni “ƏNTEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) innovativ xidmət platforması böyük maraqla qarşılanaraq təqdir olunub.

Tədbirdə Azərbaycan və Belarus Ədliyyə nazirlikləri arasında maraq doğuran fəaliyyət istiqamətləri üzrə, o cümlədən qanunvericilik, ədliyyə sahəsində dövlət xidmətlərinin göstərilməsi, innovasiyaların tətbiqi, hüquqşünasların tədrisi və s. üzrə təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutan Əməkdaşlıq Proqramı imzalanıb. Nazirlər yeni sənədin iki ölkənin ədliyyə orqanları arasında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə və yaxşı təcrübələrin bölüşülməsinə mühüm töhfə olacağını bildiriblər. Sonda ölkəmizdə həyata keçirilən islahatlara və nailiyyətlərə böyük maraq göstərilərək yerli media nümayəndələri nazir F.Məmmədovdan müsahibə alıblar.

Səfər zamanı həmçinin, Məhkəmə Ekspertizaları Dövlət Komitəsinin rəhbərliyi ilə görüş keçirilərək əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılıb. Bildirilib ki, 2012-ci ildə Prezident İlham Əliyevin Belarusa səfəri zamanı iki ölkə arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb. Nümayəndə heyətləri müntəzəm səfərlər edərək, məhkəmə ekspertizası, o cümlədən özəl ekspertiza institutunun tətbiqi ilə bağlı təcrübə mübadiləsi aparılır.

Eyni zamanda nazir F.Məmmədovun Ali Məhkəmənin sədri, görkəmli hüquqşünas Valentin Sukalo ilə görüşü olub. Görüşdə iki ölkənin ədliyyə və məhkəmə orqanları arasında səmərəli əməkdaşlıqdan, beynəlxalq hüquqi yardım sahəsində qarşılıqlı fəaliyyətdən məmnunluq ifadə olunub, V.Sukalo Azərbaycana səfərini və Ali Məhkəmənin 100 illiyinə həsr olunan beynəlxalq konfransda iştirakını xatırladıb.

Məhkəmə-hüquq sistemində aparılan islahatlar barədə faydalı fikir mübadiləsi aparılaraq ölkəmizin bu sahədə beynəlxalq aləmdə təqdir olunan nailiyyətlərinə, o cümlədən “Elektron məhkəmə” sisteminin tətbiqinə maraq göstərilib.

Keçirilən görüşlərdə Vətən müharibəsində Böyük Qələbəmizlə azad edilmiş ərazilərimizin bərpası ilə bağlı görülən işlər, bu prosesə ciddi əngəl törədən, çoxsaylı insanların ölümünə və yaralanmasına səbəb olan Ermənistanın mina terroru barədə məlumat verilib, bununla bağlı xüsusi broşürlər təqdim edilib.

Səfər çərçivəsində nümayəndə heyətimiz tərəfindən Minskdə notariat, Azərbaycanın “ASAN xidmət” brendinə uyğun yaradılmış “Bir pəncərə” xidmətlərinin fəaliyyəti ilə tanış olunub, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinə baş çəkilib, orada veteran şəxslərin nikahlarının əlamətdar yubiley tədbirində iştirak edilib.

Paylaş

Xəbər lenti

Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb Bu gün, 12:48 Bir turist Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ açıqlandı Bu gün, 12:48 Azərbaycan və Litva XİN başçıları arasında görüş başlayıb Bu gün, 12:48 Qubada kişi sevgilisinin adına kredit götürdü, qadınlar dalaşdılar - Təfərrüat Bu gün, 12:48 Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq Bu gün, 12:48 Özbəkistan parlamentinin sədri Zəfər parkını ziyarət edib Bu gün, 12:48 Mərhum nazirin gəlini ilk dəfə qayınanası ilə görüntülərini paylaşdı Bu gün, 12:48 Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib Bu gün, 12:48 Bakıda şagirdlər arasında insident - DİN-dən açıqlama Bu gün, 12:48 2026-cı ilin ən gözəl qızı seçildi Bu gün, 12:48 Təhsildən praktikaya, icradan auditə Bu gün, 12:48 Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib Bu gün, 11:48 İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib Bu gün, 11:48 "Azərsun Holdinq"in istehsalat müəssisələrində birgə infotur keçirilib Bu gün, 11:48 Rəhman Daşdəmirov: "Barselona"ya qarşı oynamaq hər futbolçunun arzusudur" Bu gün, 11:48 Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə birgə 15 nəfər ittiham edilir Bu gün, 11:48 Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın Bu gün, 11:48 "Qarabağ"da gözlənilməz ayrılıq baş verə bilər Bu gün, 11:48 Özbəkistan parlamentinin sədri Azərbaycana gəlib, "Yol xəritəsi" imzalanacaq Bu gün, 11:48 Gəncədə güclü külək ağacı aşırıb, evə və iki avtomobilə ziyan dəyib Bu gün, 10:48 Bu şəxslərə güzəştlər tətbiq olunacaq - Gələn il yanvarın 1-dən... Bu gün, 10:48 Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub Bu gün, 10:48 Bu gün 7 kənddə işıq kəsiləcək Bu gün, 10:48 Kəmaləddin Heydərovun Ağdamdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib Bu gün, 10:48 Bu rüsum 4 dəfəyə qədər azaldılır Bu gün, 10:48 Analiz vermək adı ilə xəstəxanada keçmiş həyat yoldaşını öldürən şəxsin işi Ali Məhkəmədə Bu gün, 10:48 Bəzi rayonlara qar yağır, külək güclənir - Faktiki hava Bu gün, 10:48 Ombudsman qadınlara qarşı zorakılığa son qoymağa çağırıb Bu gün, 10:48 Öz evini məktəbə çevirən, həyatının sevgisi ilə Milad Bayramında tanış olan Xalq artisti Fidan Hacıyeva ilə MÜSAHİBƏ Bu gün, 10:48 Bu avtomobillərin satış xərcləri azala bilər - YENİ AÇIQLAMA Bu gün, 10:48 Qubada içərisində ailə üzvlərinin olduğu BMW hasara çırpıldı Bu gün, 09:48 İraq 17 ildə neft qaçaqmalçılığına görə 303 milyard dollar itirib Bu gün, 09:48 ABŞ-də 1 milyon dollar qazanan miqrant lotereya fotosuna görə saxlanıldı Bu gün, 09:48 UEFA Çempionlar Liqası: "Fənərbağça" "Şaxtyor"la qarşılaşacaq Bu gün, 09:48 AZAL "Sərfəli Cümə" kampaniyası elan edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 96 dolları keçib Bu gün, 09:48 Tərtərdə quyuya düşərək ölən şəxs Qarabağ qazisi olub Bu gün, 09:48 Türkiyədə tanınmış simalar SAXLANILDI Bu gün, 08:48 Şirvanda gəncin əlində patron partladı: Ağır xəsarətlər alıb Bu gün, 08:48 Bakıda doqquz istiqamətdə tıxac yaranıb Bu gün, 08:48 Bakıda Çempionlar Liqası həyəcanı: "Sabah" bu gün "Barselona" ilə qarşılaşacaq Bu gün, 08:48 Zəhra Əkbərova direktor təyin edildi Bu gün, 08:48 Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: Ekspert mümkün riskləri sadaladı Bu gün, 00:48 Türkiyədə hərbi helikopter qəzaya uğradı: 5 hərbçi həlak oldu Dünən, 23:48 ABŞ-də kiberdələduzluq qurbanlarına 8 milyard dollar vəsait qaytarılıb Dünən, 23:48 İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 milyard dollar vəsait itirib Dünən, 23:48 Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq Dünən, 23:48 Daha bir məktəbə direktor təyin edildi Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR