
Qubada minik avtomobili su kanalına düşüb.
"AVESTA.AZ"un Şimal bürosunun məlumatına görə, hadisə Quba-Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində baş verib.
Beləki, avtomobildə tək olan sürücü Quba rayonu Bağbanlı kənd sakini Ramin İsmixanov xəsarət almadan maşından çıxa bilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.